“DOLLAR SÜRƏTLƏ BAHALAŞACAQ” - Səbəblər açıqlandı

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuio“Bu trendin formalaşması ABŞ-ın Federal Rezerv Sisteminin yaxın gələcəkdə ölkə daxilində uçot dərəcəsini artırması və dolların daxili bazarla yanaşı, dünya üçün çıxışlarının bahalaşmasına gətirib çıxaracaq addımı ilə izah oluna bilər”. Bu barədə Axar.az-a dolların hazırda dünyanın bir çox ölkələrində trendə çevrilməsi ilə bağlı açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O, bahalaşmanın davamlı olacağı qənaətindədir:“FRS yaxın gələcəkdə, ola bilsin iyunda, ən geci isə sentyabrda uçot dərəcəsini 0,25 və yaxud 0,50 faiz qaldırmağı düşünür. Bu isə dolların bütün dünyada bahalaşması ilə nəticələnəcək. Bu gözləntilərlə dünya qiymətli kağızlar və valyuta birjaları dolların indidən sürətlə bahalaşmasına start verib. İkinci səbəb isə Avropa Mərkəzi İnkişaf Bankının apardığı siyasət nəticəsində avronun məzənnəsinin bilərəkdən aşağı salınması ilə Avrozonada ixracat potensialının artırılması ilə bağlıdır. Bu da təbii olaraq dolların qiymətinin qalxması ilə nəticələnir”.

Ekspert bildirib ki, bəzi ölkələrdə bu bahalaşma onların öz daxili səbəbləri ilə izah olunur:

“Türkiyədə dolların ən yüksək həddə çatması beynəlxalq aləmdə baş verən hadisələrlə paralel, Ankaranın daxili problemlərindən qaynaqlanır. Yaxın iki ayda Türkiyədə seçki olacaq. Nəticələri indidən proqnozlaşdırmaq mümkün olmadığından və ölkədə son 12 ildə iqtisadiyyata rəhbərlik edən bir neçə nazirin artıq növbəti seçkilərdə namizəd ola bilməməsi və iqtisadi blokun yeni şəxslərlə əvəzlənməsi səbəbindən bir az qeyri-müəyyənlik yaranıb. Bu isə türk lirəsinə ciddi şəkildə basqıdır. Qlobal aləmdə dolların bahalaşma trendi davamlı olacaq. FRS uçot dərəcəsini qaldırdıqdan sonra bu proses sürətlənəcək. Hətta bir çox ekspertlərin gözləntiləri ondan ibarətdir ki, bu ilin sonuna qədər 1avro 1 dollarla bərabərləşəcək. Bu isə dolların bütün digər valyutalara nisbətən dəyərini daha da artması ilə nəticələnəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar