GENERAL OĞLUNUN BIÇAQLADIĞI ŞƏXS ÖLDÜ? - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxs vəfat edib. Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxs müalicə aldığı xəstəxanada keçinib. Ölən şəxsin kimliyi haqda məlumat verilmir.

Xatırladaq ki, 10-da Bakının “Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi.

Qeyd edək ki, bu faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Polisdən gizlənməyə çalışan Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur.

* * *

Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: “Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar