“Bu məlumat tamamilə uydurmadır” – Etimad İsmayılov
“Cəsarətləri var sahiblərinin 20 ildir məmləkəti çapıb-talamasından yazsınlar...”
“Axar.az” saytı bu gün millət vəkili İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun Türkiyədə aldadıldığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, türkiyəli şəriki onun yüz minlərlə sərmayəsini fırıldaq yolu ilə ələ keçirib və aradan çıxıb. Hazırda E.İsmayılov məhkəməyə hazırlaşır və əlindən şıxarılan sərvətini geri qaytarmağa çalışır.
Lakin E.İsmayılov “AzPolitika.info”-ya qısa açıqlamasında bu məlumatı “yalan və uydurma” adlandırıb. “Biznesin xüsusiyyəti budur ki, daima ya sənin sərmayən hansısa tərəfdaşında ola bilər, ya da onunku səndə. Bu təbii prosesi başqa cür təqdim etmək yaramazlıqdır.”
E.İsmayılov bu cür qərəzli məlumatların hansı mənbədən qaynaqlandığını bildiyini də əlavə edərək “axar.az” saytına mesaj da yolladı:
“Cəsarətləri var belə uydurma məlumatları tirajlamaq əvəzinə sahiblərinin 20 ildir məmləkəti çapıb-talamasından yazsınlar...”
V.Nəsibov
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.