"BƏXTİYAR VAHABZADƏ MƏNİ OĞLU KİMİ İSTƏYİB..." - İsgəndər Həmidov danışdı

“Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”

“O məktub tamamilə cəfəngiyyatdır. Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”. Bu sözləri XuralTAC-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib.Qeyd edək ki, bu gün strateq.az saytında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə daxili işlər naziri İsgəndər Həmidova yazdığı iddia olunan

Sözügedən məktubla bağlı Moderator.az-a açıqlama verən eks-spiker Rəsul Quliyev Cəbhə hakimiyyəti dövründə B.Vahabzadəyə olan münasibətdən danışıb:“Bəxtiyar müəllimi yaxşı tanıyırdım və çox isti münasibətlərimiz var idi. Hətta onun övladlarının birini imtahan da etmişdim, özünün xahişi ilə. Bəxtiyar müəllim harada işləməyimdən asılı olmayaraq, (direktorluqdan tutmuş Ali Sovetin sədrinə qədər) istənilən vaxt heç bir zəng etmədən məni kabinetimə daxil olmaq şərəfinə layiq bilirdi. O məktubun yazılması səbəblərini bilmirəm, ancaq əminəm ki, onu çox qəzəbləndiriblər, xaraktercə çılğın olmasına baxmayaraq, ədəb normalarına maksimum riayət edən insan idi. O dövrdəki hökumətdə olanların arasında Bəxtiyar müəllimə hörmətlə yanaşanlar kifayət qədər idi. Elə birincisi Ə.Elçibəyin ona münasibəti çox yaxşı idi.

O ki qaldı ümumiyyətlə, o dövrdə hakimiyyətdə olanların keyfiyyətlərinə, ilk növbədə heç bir ölkədə heç bir vaxt bu səviyyədə qeyri-professional, davranış qaydalarını bilməyən insanlar bir yerə yığışmamışdılar. İçərilərində bir- iki normal insan var idi. Ancaq onları da özləri qəbul etmirdi. Bir sözlə, bu adamların bir il hakimiyyətdə qala bilmələri Azərbaycan xalqının nə səviyyədə inert olduğuna dəlalət edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar