"O VƏZİFƏLİ MƏMURUN YOLDAŞINI QAYTARIBLAR..." - Sabir Rüstəmxanlıdan ŞOK açıqlamalar

"Öz ailəsini qoruya bilməyib, indi günahını Əlövsətin boynuna yıxır.... Həmin məmur Əlövsəti məhkəməsiz həbs etdirmək istəyirdi"

"Əlövsətin bir yazısı normal qarşılanmamışdı"

Hüquq müdafiəçisi,“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti və “Leqat” Hüquq Firmasının direktoru Əlövsət Əliyev ötən il gözlənilmədən Avropaya mühacirət etməsinin səbəbi barədə “Yeni Müsavat” qəzetinin Almaniyaya səfər edən əməkdaşına  

Haqqında cinayət işinin qaldırılmaınının səbəbini isə bir yüksək vəzifəli şəxsin keçmiş xanımı ilə bağlı planlarını pozaraq, onun xaricə köçməsinə yardım etməsini göstərib. Sitat: "Bir dəfə də bir xanım gəlmişdi. Əvvəllər onun bacısına və qardaşına da məsləhət vermişdim. Onun istəyinə uyğun olaraq xaricdən necə qaçqın statusu ala biləcəyi haqqında məsləhət vermişdim. Müraciət edənlərə məsləhət vermək mənim işimdi, ona xəyanət edə bilmərəm. Bu yüksək rütbəli məmurlardan birinin keçmiş xanımı idi və məndən məsləhət alandan sonra uşaqlarını götürüb getmişdi xaricə. DİN rəhbərliyi isə məni ittiham edir ki, mən həmin xanımın istəyi haqqında xanımın keçmiş ərinə məlumat verməli idim. Məlumat verməmişəmsə cinayət etmişəm. İndi də deyirlər o xanımı və uşaqları qaytarım sonra isə ölkəyə qayıdım. Çünki o xanım mənə güvənirdi."

Həmçinin Əlövsət Əliyev deyib ki, həyatlarının ən çətin dönəmlərində qohumları onun xanımına və oğluna sahib çıxmayıb. Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı isə bildirib ki, siyasi fəaliyyətinə görə təqib edildiyi zaman qohumları tərəfindən himayə olunmayıblar. Hətta tam əksinə, qınaq və iradlara məruz qaldılar, aşağılanıblar.

Xüsusi izah etməyə ehtiyac yoxdur ki, burada ittiham və qınaqların əsas hədəfi Rüstəmxanlıların ağsaqqalı olan millət vəkili Sabir Rüstəmxanlıdır. Həm nüfuzunu, həm də hakimiyyətlə normal münaibətlərini nəzərə alsaq, Sabir Rüstəmxanlının qardaşına qarşı günahsız yerə cinayət işinin qaldırılmasının qarşısını ala bilməməsinin, buna etiraz etməməsinin səbəbi maraq doğurmaya bilməz.

“Yeni Müsavat” qəzeti Əlövsət Əliyevin açıqlamaları ilə bağlı Sabir Rüstəmxanlının münasibətini öyrənib. Sabir Rüstəmxanlı da bu məsələ ilə bağlı sensasiyalı fikirlər söyləyib.

"Axtarışa verilməsi barədə də mənə deyilməyib"

Belə ki, VHP sədri qardaşı Əlövsət Əliyev və ailəsinin mühacirətə getdiyindən xəbərsiz olduğunu deyib: “Onun haqqında istintaq işinin başlamasından xəbərim yoxdur. Məndən xəbərsiz gediblər. Onun ətrafında nələrin baş verdiyini, yalnız o, gedəndən sonra bilmişəm. Müdafiə olunmamasını deyə bilər... Görünür, buna ehtiyacı olub. Axtarışa verilməsi barədə də mənə deyilməyib, özüm kənardan eşitmişəm. Bu barədə bəzi vəzifə sahibləri ilə söhbətim olub. Qardaşımın axtarışa verildiyini deyiblər. Bir vəzifə sahibinin həyat yoldaşının xaricə getmək istədiyini, Əlövsətin ona yardım etdiyini dedilər. Gileyləndilər ki, gərək belə şey etməyəydi. Bu, cinayət əməli deyil. Əlövsət mənə heç zəng də vurmur. Kiçik qardaşlarımdan bütün məlumatları alıram”.

"Həyat yoldaşına qoşulub gedib"

Deputat qardaşı oğlu Türkel Rüstəmxanılının mühacirətə Bakıda olan təzyiqlərlə bağlı getməsi fikrinə də münasibət bildirdi: “Türkelin hansısa siyasi fəaliyyətinin olduğunu bilmirəm. Mən ona mənasız statuslar yazdığına görə bir neçə dəfə irad tutmuşam. Onun statusları nə özünə, nə də bizə yaraşan səviyyədə deyildi. Bizim cəmiyyətdə öz yerimiz var. Siyasətimiz əxlaq ölçüləri çərçivəsindədir. İllər uzunu qurulan münasibətləri heç vaxt pozmamışıq. Dövlətin maraqlarını xırda şeylərə qurban verməmişik. Türkel haradan o təzyiqləri görüb bilmirəm. O, siyasi təzyiqlərə görə yox, həyat yoldaşı xaricdə təhsil alırdı, ona qoşulub gedib. Onun indi Almaniyadan bu cür danışmağını qəbul etmirəm. Bugünlərdə Türkiyəyə DAK-ın qurultayına gəlmişdi. Xüsusi olaraq onu çağırdım və ciddi söhbət etdim. Əlövsətə də sifarişimi göndərdim.

"Heç bir yerdə sözümüz keçmirsə..."

Ölkədən getmək olar, amma hansı ölkənin vətəndaşı olduğunu unutmaq olmaz. Ailəmizin belə məsələlərə münasibətini nəzərə almaq lazımdır. Ailəmiz böyükdür. Biri nazirə qarşı ola bilər, biri mitinqə gedə bilər, tənqidi yazılar yazanı olar. Ona görə təzyiqlər qaçılmazdır. Müxalifət partiyasının lideri olaraq, parlamentdə daim sözümü deyirəm. Mənə təzyiqlər olmur, amma ətrafımda kiməsə olanda, avtomatik özüm hiss edirəm. ”Qanun" jurnalına qardaşım orada işlədiyinə görə dəfələrlə cərimələr qoyulub. Əlövsət polis rəisi işləyirdi. Sonra işsiz olduğundan məcbur olub QHT yaratdı. Orada da təzyiqlər oldu. Nə etməli idi? Rüstəmxanlı soyadı olan birisinə təzyiq olan kimi, hamımız bu halla üzləşirik. Bunlar Türkel və Əlövsət söhbəti deyil. Dəfələrlə demişəm ki, nə baş verir. Hər halda, bizim dövlət qarşısında xidmətlərimiz və yerimiz var. Bütün həyatımızı Azərbaycanın qurulmasına sərf etmişik. Amma buna baxmayaraq, heç bir yerdə sözümüz keçmirsə, övladlarımızın işi yoxdursa, narahatçılıq doğurur. Bunu nəzərdə tutub, bu cür fikirlər səsləndiriblər. Amma bunu faciə saymıram. Görünür, bu da bizim yaşam tərzimizdir".

"Əlövsətin bir yazısı normal qarşılanmamışdı"

Xalq şairi müsahibədə bütün suallara cavab verildiyini də qeyd etdi: “Türkel bildirib ki, əmisi oğlu ev tikirmiş, icazə sənədləri ona görə ləğv olunub. Bu mənim oğlum deyil. Çünki Türkel Azərbaycanda olanda, oğlum ev tikmirdi. Bu söhbətdən də xəbərim yoxdur. Müsahibədə Əlövsət və Türkel qohumları günahlandırıblar. Qeyd ediblər ki, statuslarımıza irad tutur, geri çəkilməyimizi istəyirdilər. Məncə, bunlar normal hallardır. Xüsusi qabartmağa ehtiyac görmürəm. Seçkilərdən sonra Əlövsətin bir yazısı normal qarşılanmamışdı. Ən böyük narazılığı mən bildirdim. Böyük qardaş kimi borcum idi. Kiçik qardaşlarımla daim mübahisələrimiz olub. Onlar meydanlara arxamca gəlib, inqilaba qoşulublar.

Onları daim qorumağa çalışmışam. Açığı, müsahibəyə qədər Türkelin xaricə oxumağa getdiyini bilirdim. Amma görünür, onun getməsinin səbəblərini kifayət qədər bilməmişəm. Çox əziyyətlə gediblər, mənə ağır gəldi... Şükür ki, bunlar arxada qalıb. Övladlarımızın fəallığına heç zaman mane olmamışıq. Hakimiyyətlər dəyişir, amma əsas dövlətçilikdir. Oturum almağa, xaricdə yaşamağa görə dövlətçiliyi qurban vermək olmaz”.

“O vəzifəli məmurun yoldaşı xaricə gedib, sonra qaytarıblar”

Sabir Rüstəmxanlı qardaşından şikayət edən vəzifə sahibi barədə sərt danışdı: “Əlövsətdən şikayət edən vəzifə sahibidir. Onun tələbi ilə bu təzyiqlər başlayıb. Bir nəfər ailəsini qoruya bilməyib, ailəsi xaricə gedib, sonra qaytarıblar. Öz ailəsini qoruya bilməyib, indi günahını Əlövsətin boynuna yıxır. Bir nəfərin iddiası bir ailəni Azərbaycandan didərgin saldı. Yerdə qalan söz-söhbətlərə normal baxıram. Türkel gəncdir, iddiası var. Siyasi iddialarını bizim yanımızda həyata keçirəcəkdi. Onun heç bir ziyanı dəyə bilməzdi. Ziyan vuran bir nəfər məmurdur. Əsas cavabdeh odur.

Bir ailənin Almaniyaya sığınmasının səbəbi, bir nəfərin ailəsini qoruya bilməməsi, ailəsinə yardım edən hüquqşünası günahkar görməsidir. Həmin məmur Əlövsəti məhkəməsiz həbs etdirmək istəyirdi. Əlövsət haqsız yerə həbs olunacağını bildiyi üçün getdi. Nə zaman əsassız ittiham onun boynundan götürülsə, qayıdacaq. Əsas qazandığı dil öyrənmək olacaq. Biz qürbətə öyrəşmiş adamlar deyilik. Ailəmiz burada yaşamalıdır. Əziyyətimiz hədər getməməlidir. Bu barədə danışıqlarım olub. Ciddi şəkildə müdaxilə etmək istəmirəm. İstəyim budur ki, hər şey qanun çərçivəsində olsun”.

Əlövsət Əliyevin digər qardaşı, Rüstəmxanlıların tanınan simalarından olan Şahbaz Xuduoğlu musavat. com.-a bu barədə danışmaq istəmədiyini bildirib.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar