Əvəz Zeynallının kassasiya şikayəti təmin olunmayıb

 

Sentyabrın 11-də Ali Məhkəmədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının kassasiya şikayətinə baxılıb və təmin olunmayıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, AM Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli qərarını qüvvədə saxlayıb.

Ə.Zeynallı 2011-ci ilin sentyabrında keçmiş deputat, hazırda dələduzluq ittihamı ilə həbsdə olan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Məhkəmə zamanı irəli sürülən ittihamlar əsaslandırılmayıb, demək olar ki, müdafiə tərəfinin bütün dəlillərinə məhəl qoyulmayıb

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Zeynallını Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə 9 il azadlıqdan məhrum edib

Mayın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Ə.Zeynallı siyasi sifarişlə həbs edildiyini və söz azadlığının qurbanı olduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar