“İsmayıllı məhkəməsi”ndə yeni işgəncə faktları aşkarlandı

Xəyal Şaranov: “Mənim əllərimi və ağzımı bağlayaraq ayaqlarımın altına dəyənəklə saatlarla döyüblər”

Hakim vəkil Xalid Bağırov haqda qalmaqallı qərar verdi

Dekabrın 29-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı məhbuslarının işi üzrə növbəti məhkəmə iclası keçirildi. Məhkəmə prosesinə Müsavat Partiyasının nümayəndələri, REAL Hərəkatından Altay Göyüşov, Erkin Qədirli və digərləri müşahidə etməyə gəlmişdi. Prosesin 10:00-a təyin edilsə də məhkəmə zalına saat 10.20-də buraxdılar. Dövlət tərəfindən təyin edilmiş vəkillərdən 5 nəfər məhkəmə prosesinə gəlmədiyi üçün məhkəmə təxirə salındı və saat 11:20-də başladı. İlk öncə vəsatətlərə baxan hakim Rəşid Hüseynov demək olar ki, bütün vəsatətlərin baxılmasını təxirə saldı. Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu onun vəsatətinin jurnalistlərə bağlı olan hissəsinin təmin olunduğunu, lakin şahidlərin dindirilməsi ilə bağlı olan hissəyə baxılmadığını bildirdi. Hakim RşHüseynov bu vəsatətə baxılmasının təxirə salındığını elan etdi.

REAL-ın sədri İlqar Məmmədov isə hər məhkəmə prosesinin protokolları ilə tanış olmaq istədiyini, lakin onlara verilmədiyini bildirdi. İ. Məmmədov qanunla hər məhkəmə iclasının sonunda onların bu protokol tanış ola biləcəklərini desə də, hakim məsələnin müzakirə olunmadığını deyərək mövzunu bağladı.

Böyrək xəstəliyindən əziyyət çəkən və dəfələrlə ürəyi gedən Mirkazım Abdullayev xəstəliyi ilə əlaqədar ekspertiza təyin edilmısi haqda vəsatət verdi. O vəziyyətinin çox ağır olduğunu bildirdi. Dövlət ittihamçısının vəsatəti rəd etmək haqda tələbi isə müttəhimlərin və vəkillərin etirazına səbəb oldu. Hakim yenidən ekspertiza təyin edilməsini istədi və daha sonra bu məsələyə baxılacağını bildirdi.

Eyni zamanda, Anar Qədirovun da şahidlərin dindirilməsi ilə bağlı olan vəsatəti təxirə salındı.

İfadə verən Xəyal Şaranov yazılı ifadəsini təzyiq, işgəncə altında verdiyini bildirdi. O, Namiq Aslanov adlı İsmayıllı polisinin onun əlılərini və ağzını bağlayaraq yerə uzadıb ayaqqabılarını çıxararaq ayaqlarına dəyənəklə vurduqlarını dedi. X. Şaranov yumruq və dəyənəklə dişlərinin də sındırıldığını bildirdi: “Dəyənək və yumruqla dişlərimi sındırıblar. Mənə işgəncə verərək boynuma daş atmağımı qoyublar. Mən bir ifadə vermişəm. Amma orada iki ifadə var. Mənə verilən işgəncələrə görə Kürdəxanı təcridxanasında 6 gün aclıq etmişəm. Bununla bağlı Ombudsmana, Baş Prokurroluğa müraciət etmişəm. Şöbə rəisi Şöhrət məni 5-6 saata yaxın döyüb. İfadəm alınarkən mənə dedilər ki, guya mənim işimi ayıracaqlar. Məni aldadıblar. İfadəmdə yazılanların çoxu mənə aid deyil. Otel yanan zaman otelin əşyalarını elə polislər daşıyıb öz evlərinə aparırdılar. Mənsə oranın işçisi olduğum üçün qaytarmaq məqsədi ilə bir televizor götürmüşəm”.

Dövlət ittihamçısının X. Şaranova verdiyi suala vəkil Xalid Bağırov etiraz etmək üçün dəfələrlə əlini qaldırsa da, hakim bunu görməzlikdən gəldi. Buna görə də X.Bağırov etirazını bildirmək üçün ayağa qalxanda hakim ona məhkəməni pozduğunu bildirdi. X. Bağırov hakimin ona qarşı qərəzli olduğunu bəyan etdi: “ Prokurorlara və biz vəkillərə ola münasibətin fərqlidir. Onlar etiraz edəndə heçnə deyilmir. Amma bizə etiraz edilməyə qoyulmur. Ədalətli olun”.

Hakim X.Bağırova dəflərlə xəbərdarlıq edildiyini, onun məhkəməni pozduğunu deyərək bu haqda Vəkillər Kollegiyasına müraciət olunacağını bildirdi. Buna təqsirləndirilən şəxslər, vəkillər etirazlarını bildirsələr də, hakimin qərarı qüvvədə qaldı.

Məhkəmədə saat 14:30-dək nahar fasiləsi elan edildi.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar