Naxçıvanda Aİ92 benzini 80 qəpiyə satılır

“Məhərrəm Talıbova məxsus NP yanacaqdoldurma məntəqələrində Aİ92 benzinini Aİ95 adına satırlar...”

Azərbaycanda yanacağın bahalaşmasından ən çox əziyyət çəkən Naxçıvan MR-in sakinləridir. Çünki Azərbaycanın digər bölgələrindən fərqli olaraq, burda yanacaq dövlət qiymətindən də baha satılır, üstəlik keyfiyyəti də aşağıdır.

MR sakinlərindən biri “AzPolitika.info”-ya yazır ki, hazırda bölgənin yanacaqdoldurma məntəqələrində 95 oktan benzin yoxdur. Dövlət qiyməti 70 qəpik olan qırmızı rəngli 92 oktan benzin isə əhaliyə 80 qəpiyə satılır.

“Bu benzin də Bakıdakı ilə eyni keyfiyyətdə deyil. Vətəndaş soruşanda günahı Bakının üstünə atırlar. Məhərrəm Talıbova məxsus NP yanacaqdoldurma məntəqələrində Aİ92 benzinini Aİ 95 adına satırlar...”

Bir daha qeyd edək ki, Aİ92 və Aİ95 benzinlərinin dövlət qiyməti arasında 10 qəpiklik fərq var. Deməli Naxçıvanda əhalinin üzləşdiyi bu fırıldaqdan kimlərsə asan yolla milyonlarla qazanc götürür.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar