İş adamı başından bıçaqlandı 

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyev sentyabrın 11-də bıçaqlanıb.

Şadlıq sarayı ilə üzbəüz kafedə ona baş nahiyəsindən iki bıçaq zərbəsi vurulub. A. Quliyev dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağırdır.

Hadisənin kim və kimlər tərəfindən törədildiyi, habelə baş vermə səbəbi araşdırılır.

Daha bir bıçaqlanma hadisəsi isə Xaçmaz şəhəri, Sabir küçəsində qeydə alınıb. Sabir küçəsi 60 ünvanında yaşayan 22 yaşlı Novruz Ələkbərov bıçaqlanıb. Onun bel və alın nahiyəsinə 2 bıçaq zərbəsi vurulub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar