HACİ İBRAHİMƏ BİR ZƏRBƏ DƏ KƏRƏM HƏSƏNOVDAN GƏLDİ - "Sökülməlidir..."

Əmlak Komitəsi Bakı Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib

Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov “Avesta konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmliyə məxsus “Həsən-96" şirkətini və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Bu barədə məlumatı ”Reytinq" qəzeti yayıb. Məlumatda deyilir ki, Bakı meriyası Hacı İbrahimin tikinti aparan şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verib.

Yəni dövlətin balansında olan və bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmalı olduğu halda, bu, edilməyib. Meriya özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində meriya sərəncam verib. “Həsən-96" isə bu sahə üzərində qanunsuz tikinti aparıb. İndi də komitə məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir.

Məlumata görə, komitənin iddiası əsasında artıq 2 saylı Baakı İnzibati-İqtisadi Məhkəmədə iclas keçirilib. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəyə son qoymayıb. İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır.

Məlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “Həsən-96" MMC və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ”özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması" və sair tələblərdən bəhs edən şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxışa qəbul olunub.

Hakim iş üzrə iyunun 11-nə iclas saatı təyin edib. Əgər məhkəmə komitənin şikayətini təmin edərsə, bu, Hacı İbrahim üçün daha bir ciddi zərbə sayılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar