ÖLKƏDƏN QAÇAN OLİQARX BAKIYA QAYIDIB – Səssiz dönüşün ŞOK SİRRİ

Müflisləşmiş oliqarx Monako knyazı əlahəzrət II Alberti Bakıya minnətçi salıb

Bu ilin may ayının 18-də barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilən, ancaq bundan əvvəlcədən xəbər tutaraq mayın 16-da Azərbaycandan çıxmağı bacaran “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov yenidən Bakıdadır. Bu barədə “AzPolitika.info”-ya məlumat müflisləşmiş iş adamının çevrəsindən daxil olub. Mənbə Bakıda olan Hafiz Məmmədovun bu günlərdə ictimai yerlərdə də görünməyə başladığını bildirib.

Belə ki, o, bir neçə gün əvvəl “Xalqlar Dostluğu” Ticarət Mərkəzinin sahibi, Naxçıvandan olan iş adamı İman Quliyevin əmisi oğlunun yas mərasimində iştirak edib.

Bəs Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin (“Bandotdel”) təqdimatı ilə haqqında məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilən Hafiz Məmmədovun saxlanılmamasının səbəbi nədir?

Dövlətdən aldığı 100 milyonlarla krediti qaytarmayıb

Sualı cavablandırmazdan öncə xatırladaq ki, “Hafka”nın istintaqa cəlb olunması Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərin mənimsənilməsi faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində olub. Onun eyni zamanda Sahibkarlığa Kömək Milli Fondundan da böyük məbləğdə kredit alıb, qaytarmadığı bildirilir.

Dövlətdən alınan və mənimsənilən kreditlərlə bağlı nazir Ramil Usubovun nəzarəti altında “Bandotdel” tərəfindən aparılan cinayət işi üzrə məsuliyyətə cəlb edilənlərin adları, bir çox hallarda gizli saxlandığından, həbs olunanlar və axtarışa verilənlər barədə məlumatları mətbuat özəl kanalları vasitəsilə əldə edir. Elə “Hafka” barəsində həbs-qətimkan tədbiri seçilməsi xəbərini də “AzPolitika.info” özəl mənbələri vasitəsilə əldə etmişdi…

Bununla belə, Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində “Hafka”nın da məsuliyyətə cəlb edilməsi xəbəri təəccüblü olmadı. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat (!) borcu olan “Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.

Xatırladaq ki, Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Ancaq bir müddət sonra – konkret olaraq 2013-cü ilin ortalarında, həmin dövrə qədər ən gəlirli şirkətlərdən biri hesab olunan “Baghlan Group” holdinqin maliyyə vəziyyətinin ağırlaşdığına dair məlumatlar yayılmağa başladı. Hətta 2013-cü ilin sonlarına yaxın şirkətin banklara olan külli miqdarda borcunu ödəyə bilmədiyini əsas göstərən reytinq agentliyi “Baghlan Group” holdinqin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun iflas ərəfəsində olduğunu bəyan etdi.

“Hafka”nın yüksək reytinq-iflas oyunları baş tutmadı

1hafCəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən bu holdinqin birdən-birə iflas etməsi xəbərinin yayılması təəccüblü idi. Belə ki, şirkətin iflasının elan olunması ilə onun Beynəlxalq Banka olan borcları da faktiki olaraq batmış hesab olunacaq. Beynəlxalq Bank isə dövlətindir. Yəni, istisna deyil ki, “Hafka” yüksək reytinq-iflas oyunları ilə dövlətin 100 milyonlarla pulunun sahibinə çevrilmək istəyib… Ancaq bacardığını söyləmək mümkün deyil.

Əvvəlcə Hafiz Məmmədovun bütün biznesinin əlindən alınması, sonra isə barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərdi ki, hakimiyyət “Hafka”nın yüksək reytinq-iflas oyunlarına aldanmayıb. Onu bitirmək, əlində nəyi var almaq qərarı verilib.

Bu çərçəvədə ölkə daxilində girovluqdakı mülklərindən başqa heç nəyi qalmayan Hafiz Məmmədovun xaricdəki kapitalının da araşdırıldığı bildirilirdi. Belə ki, bir müddət əvvəl Fransanın “France Fotball” nəşri Hafiz Məmmədovun Avropa banklarının birində “qarantiya altına alınmış” hesabda 1 milyard avro pulunun olduğunu yazmışdı. Ehrimal edilirdi ki, hökumətin indiyə qədər H.Məmmədova toxunmamasının bir səbəbi də, onda həqiqətən bu qədər vəsaitin olub-olmadığını dəqiqləşdirmək, varsa müxtəlif vasitələrlə ölkəyə qaytarmasını, ən azı banklara olan borcunu bağlamasını təmin etmək olub.

Həbsə alıncağını bilib ölkədən çıxdı, ancaq...

Hafka-mainAncaq ya bu məlumatın doğru çıxmaması səbəbindən, ya da H.Məmmədovun xoşluqla ölkəyə pul qaytarmayacağına hökumətdə əminlik yarandığından mayın ortalarında onun həbsi sanksiyalaşdırılıb. Bu qərarın yerinə yetirilməsi üçün hüquqi prosedur işə salınmazdan iki gün öncə - mayın 16-da hökumətdəki dostları Hafiz Məmmədovu məlumatlandırıb, onun ölkədən çixmasını təmin ediblər.

Qeyd edək ki, bu barədə mayın 22-də “AzPolitika.info” məlumat yaydıqdan sonra “Hafka” guya ölkədə olduğunu göstərmək üçün prezidenti olduğu “Bakı” klubun rəsmi saytında oyunçulara təbrik mətni yerləşdirdi. Ancaq “Hafka”nın hələ Premyer Liqanın oyunlarının başa çatmasına bir tur qalmış çempionatda SONUNCU yerdə olan bir klubun üzvlərinə təbrik mətni yayması diqqətləri cəlb etdi. Onun bu addımı həbs təhlükəsindən yaxa qurtarmaq üçün ölkədən gizli qaçması xəbərini yalan çıxarmaq üçün atdığı, ictimaiyyəti çaşdırmağa çalışdığı versiyası üzərində dayanıldı. Elə buna görə də mətn qısa müddətdən sonra klubun rəsmi saytından götürüldü.

Qayıdan kimi açılama verəcəyini vəd etsəd də...

hafiz memmedov hafka azpolitika infoBundan sonra yerli saytlardan birinə

Belə ki, məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən məlumata görə, Hafiz Məmmədova barəsindəki həbs-qətimkan tədbirini dəyişdirmək elə də asan başa gəlməyib. Bunun üçün o, Monako knyazı əlahəzrət II Alberti Azərbaycan Prezidentinə minnətçi salıb.

Məlumata görə, knyaz II Albertlə yaxın dostluq əlaqələri olan Hafiz Məmmədov həbs xəbərini aldıqdan sonra Londona deyil, Monakoya uçub. Müflisləşmiş iş adamının bu cırtdan ölkəylə bağlılığı isə təsadüfi sayılmır.

Bəzi məlumatlara görə, kazino, qumar oyunlarının mərkəzlərindən biri sayılan Monakonun Monte Karlo şəhərində Hafiz Məmmədovun iri mülkü də var.

Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Hətta onun “Lans” klubunun prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olduğu qeyd edilir. Bu barədə məlumatı bir neçə il əvvəl Fransanın “Le Point” qəzeti yayıb. Həmin məqalədə bildirilirdi ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Jerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib. “Le Point” yazır ki, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər və sair...

Bu baxımdan Hafiz Məmmədovun Monako knyazı əlahəzrət II Albertlə tanışlığının və dostluğunun da öz başlanğıcını Monte Karlonun ELİT KAZİNOLARINDAN götürdüyü istisna deyil.

Knyaz II Albert “Hafka” barəsində qərarı dəyişdirməyi xahiş edib

Məlumata görə, Monakonun cəmi 5 idmançı ilə qatıldığı I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn knyaz II Albert Azərbaycan rəhbərliyindən Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini də xahiş edib. "Hafka"nın artıq Bakıda olması faktı Monako knyazının xahişinin nəzərə alındığını deməyə əsas verir.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar