“RUSİYANIN QARŞISINDA DURMAĞA MƏCBURUQ” – NATO rəhbəri

NATO-nun baş katibi Yens Stoltenberq 1959–cu ildə Norveçdə doğulub. Y.Stoltenberq iki dəfə oz ölkəsində baş nazir vəzifəsində çalışıb. 2014-cü ilin oktyabrından isə Şimali Atlantika Alyansına (NATO) rəhbərlik edir. Stoltenberq Rusiyanın hərbi güvvəsinin durdurulması siyasətinə uyğun olaraq, NATO ölkələrinin müdafiə xərclərinin artırılması tərəfdarı kimi çıxış edir. Ancaq onun bu çağırışları ölkələri yeni silahlanmaya doğru yönəltmirmi? AzPolitika.info NATO-nun baş katibinin bu və ya digər məsələlər barəsində “Deutsche Welle” qəzetinə müsahibəsini təqdim edir.

- Cənab Stoltenberq, Siz soyuq müharibə dövründə böyümüsünüz. Həmin dövr haqqında nələri xatırlayırsınız?

- Mən, qorxduğumuzu xatırlayıram, ancaq digər tərəfdən təhlükəsizlikdə olduğumuzu da hiss edirdik. Biz atom müharibəsindən qorxurduq, Norveçin qonşuluğundakı nəhəng Sovet İttifaqından qorxurduq. Norveç NATO-nun üzvü olduğuna görə özümüzü təhlükəsizlikdə hiss edərək, bu günki kimi ona da tam əmindik ki, əgər bir bir şey baş verərsə, bizi NATO və ABŞ qoruyacaq. Mən buna o zaman necə inanırdımsa, bu gün daha çox əminəm.

- Lakin bu gün Norveç və Almaniyada bir çoxları Rusiya və NATO-nun yeni soyuq müharibənin astanasına yaxınlaşdıqlarından ehtiyat edirlər...

- Biz yeni soyuq müharibə vəziyyətində deyilik. Soyuq müharibə zamanı Varşava Müqaviləsi Təşkilatı və ona qarşı dayanan NATO vardı. Bu qlobal münaqişə olmaqla yanaşı, həm də iki ideologiyanın qarşıdumasıydı. Həmin vaxtlar təhlükəli dövr idi, amma vəziyyət stabil və öncədən proqnozlaşdırıla biləcək səviyyədəydi. Biz bu gün yeni təhlükələrlə qarşılaşırıq. Hazırda İslam Şam Dövlətinin zorakılığı və həmçinin də İraq, Suriya və Şimali Afrikada baş verən amansız münaqişələrin şahidiyik. Digər tərəfdən isə biz, hərbi gücünə arxalanaraq, öz sərhədlərini genişləndirməklə beynəlxalq hüquq normalarını pozan Rusiya ilə qarşı-qarşıyayıq.

- Siz, Rusiyanın NATO ölkələri üçün təhlükə törədə biləcəyi qənaətindəsinizmi? Polşa və ya Baltik dövlətlərini belə bir təhlükə gözləyirmi?

- Mən hesab edirəm ki, vəziyyətin analiz olunması ilə NATO ölkələrinə qarşı olan təhlükənin səviyyəsi barəsindəki yazılanlar arasında balans olmalıdır. Təhlükənin səviyyəsini şişirtmək və vəziyyəti dramatikləşdirməyə heç bir ehtiyac yoxdur. Biz, cox ciddi yollarla gələ bilcək təhlükəni görmürük. Çünkü NATO bütün zamanların ən güclü müdafiə ittifaqıdır.

- Amma Rusiya öz nüvə arsenalını modernləşdirir və əlavə olaraq da 40 yeni ballistik qitələrarası raketi döyüş cərgəsinə qoşur. Bəs NATO öz nüvə startegiyasına yenidən baxmağı qarşıya məqsəd qoyubmu?

- Gəlin Rusiyanın nə etdiyinə nəzər yetirək. Qitələrarası ballistik raketlər Moskvanın davranış xüsusiyyətinin bir hissəsidir. Rusiya Ukraynaya, Gürcüstana və Moldovaya qarşı güc tətbiq etməyə həmişə hazırdır. Rusiya nüvə silahına özünün müdafiə startegiyasının tərkib hissəsi kimi baxdığını vurğulayır. Bizim də onlara cavabımız müdafiə xarakterlidir və proporsional olaraq, beynəlxalq müqavilələrə tam uyğundur. Artıq biz, öz hərbi qüvvəmizin döyüş səviyyəsini xeyli artırmışıq. Hazırda alyansın şərq sərhədlərindəki hərbi imkanlarımızı gücləndiririk. Biz Baltik ölkələrində, Bolqarıstanda, Polşada və Rumınıyada öz xüsusiyyətinə görə kiçik hərbi mənzil-qərargahlar yaradırıq. Bunlarla yanaşı, Rusiyanın hərəkətlərinə cavab olaraq, alyansın şərq ölkələrindəki hava patrul uçuşlarını da gücləndiririk.

- Siz bütün bunların hamısını müdafiə məqsədli tədbirlər adlandırırsınız. Moskva isə NATO-nun addımlarını aqressiv fəaliyyət kimi dəyərləndirir. Onların söylədiklərinin əsaslı olub-olmamasına baxmayaraq, problem açıq şəkildə tam ortadadır.

- Bütün fəaliyyətlərimizin hamısı müdafiə məqsədlidir. Biz müttəfiqlərimizi qoruyuyruq. Özünü təcavüzkar kimi aparan Rusiyadır. Krımın ilhaq olunması təcavüzkar davranışdır. Rusiya Ukraynanın şərqindəki separatçıları müasir silahlarla, hava hücumundan müdafiə vasitələri ilə təchiz etməklə yanaşı, oraya hərbçilər də göndərir. Bu təcavüzkarlıq aktıdır. Rusiya öz gücündən sərhədlərin dəyişdirilməsi və Ukraynadakı sabitliyi pozmaq məqsədilə istifadə etdiyi halda, biz yalnız alyans üzvlərini müdafiə edirik.

- Sizin söylədikləriniz Rusiya prezidenti Vladimir Putinin əməlləridir. Bundan sonra o, hansı addımları atacaq? Sizin ekspertləriniz nə deyir?

- Rusiya prezidentinin niyyətlərini tapmağa cəhd göstərmək mürəkkəb və təhlükəli məşğuliyyət olardı. Mənə elə gəlir ki, onların əməllərindən nəticə çıxarmaq lazımdır. Rusiya hərbi gücdən öz qonşularını qorxutmaq məqsədi ilə istifadə edir. Moskva xeyli vaxtdır ki, hərbi imkanlarının artırılmasına böyük vəsaitlər xərcləyir. İndi Rusiya əvvəlki dövrlərə nisbətən daha yaxşı təchiz olunmuş və daha hazırlıqlı orduya malikdir. Bunlardan əlavə, onlar qonşularına qarşı törətdikləri təcavüzkar hərəkətləri gizlətmək üçün qəfil və gözlənilməz manevrlər həyata keçirirlər. Krımın ilhaq edilməsi məhz bu cür baş vermişdi. Biz belə hərəkətlərə qarşı cavab verməyə məcburuq. Elə ona görə də NATO soyuq müharibədən bu yana, öz müdafiə qabiliyyətini ən yüksək səviyyədə möhkəmləndirməklə məşğuldur.

- NATO-nu yatmış nəhəng adlandırırlar. Yəqin ki, indi onu baş vermiş böhranlar oyadıb?

- NATO heç zaman nə yatır, nə də ki, mürgüləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar