“SURİYA VƏ İRAQ DÖVLƏTLƏRİ ARTIQ YOXDUR” – MKİ-nin sabiq rəhbərindən sensasiyalı açıqlamalar

“RUSİYA “SÖNƏN” BÖYÜK DÖVLƏTDİR, ƏN BÖYÜK TƏHLÜKƏ ÇİNDİR”

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Maykl Hayden, Corc Buş hakimiyyəti zamanı Amerika kəşfiyyatının əsas fiqurlarından biri olub. Maykl Hayden 1999-2005-ci illərdə Milli Təhlükəsizlik Agentliyinin (MTA) rəhbəri, 2006-2009-cu illərdə isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru olub. Hal-hazırda M.Hayden özəl “Chertaff” şirkətində sənaye təhlükəsizliyi məsələləri üzrə məsləhətçi işləyir. Fransanın “Le Figaro” qəzetinin Maykl Haydendən götürdüyü maraqlı müsahibəni təqdim edirik.

- Siz 1999-2009-cu illər arasında Milli Təhlükəsizlik Agentliyinin və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmusunuz. Doğrudanmı dünya daha təhlükəli olmağa başlayıb?

- Dünya üçün ən təhlükəli dövr, mənim hərbi karyeramdakı illərə təsadüf edir. O zaman Kuba böhranı, Amerikan və Sovet əsgərlərinin Berlindəki yoxlama-keçid məntəqəsində dayanmaqları, bizim nüvə qüvvəllərinin 1973-cü il Yaxın Şərq böhranında tam döyüş hazırlğı vəziyyətinə gətirildiyi dövrlər idi. Lakin dünya, əsas da Yaxın Şərq bölgəsi olmaq şərti ilə, heç vaxt indiki kimi mürəkkəb vəziyyətə düşməmişdi. Bu bölgədə İraq və Suriya adlandırılan dövlətlər, ”Əl-Qaidə”, İŞİD, kürdlər, şiələr, sünnülər və ələvilər var. Elə ki, siz “Əl-Qaidə” problemini həll etmək istiqamətində addımlar atmağa başlayırsınız, digər məsələlər kəskinləşir...

- Amerikanın Yaxın Şərqdəki təsir gücü zəifləyirmi?

- Siyasət yürütmək asan məsələ deyil. Gəlin həqiqətə nəzər yetirək. Suriya kimi İraq da demək olar ki, yoxdur. Livan yəqin ki, Liviya kimi dağılıb. Bu ölkələri öz aralarında bölmək məqsədi ilə Avropa dövlətləri 1916-cı ildə Sayks-Piko müqaviləsinə əsasən xəritə də çəkiblər. Həmin ölkələr əslində heç vaxt əsl reallığı əks etdirməyiblər. Ancaq indi əsl həqiqət sərt və kəskin şəkildə tam üzə çıxır. Bu bölgədəki qeyri sabitlik, hələ 20-30 il də davam edəcək. Bizim hara getdiyimizi söyləmək çətindir. Düşünürəm ki, həmin ölkələrin bərpası siyasəti işləməyəcək.

- Amma buna baxmayaraq, ABŞ administrasiyası İraqın bütövlüyünü saxlamağa can atır.

- Administrasiyanın rəsmi siyasəti doğurdan da bu cürdür. Belə vəziyyət kürdlərə silah verilməsi məsələsində bizim qərarlara təsir göstərir. Mənə elə gəlir ki, kürdlər burada bizim ən yaxşı müttəfiqimizdir. Əgər biz, İraq və Suriyanın bərpasına ümid bəsləsək, sadəcə olaraq, problemi bir daha kəskinləşdirəcəyik. Məgər İraq ordusu Anbar vilayətini geri qaytarmağa cəhd göstərir? Onlar Mosulu geri almağı bacararlarmı? Şiə dəstələri Tikrit şəhərini İran zabitlərinin köməyi ilə götürə bildilər. Suriyaya gəldikdə isə, gələcəkdə onun əvvəlki kimi vahid bir dövlət şəklində ola biləcəyinə inanırsınızmı? Suriya və İraqın BMT-də kürsüsünün olmasına baxmayraq, əslində belə ölkələr artıq yoxdur.

- Mərkəzə tabe olmayan federal İrak dövlətini təsəvvür etmək olarmı? Bir çox müşahidəçilər bildirir ki, İran və Türkiyə kimi regional qüclər heç zaman müstəqil Kürdüstanın varlığını qəbul etməyəcəklər. Onda bu layihəni ABŞ-dan başqa kim qəbul edəcək?

- ABŞ-ın köməyi çox əhəmiyyətlidir. Bölünmə ilə bağlı olan narazılığı anlayıram. Əgər siz keçmişə yaxşı nəzər salsanız, onda Osmanlı İmperiyası dövründə İraqın sünnü, kürd və şiə vilayətlərinə bölündüyünü görərsiniz. Yəni, Mosul, Bağdad və Bəsrə. İraq indiki müasir anlamda mövcud olmayıb. Bu reallıqla razılaşmaq lazımdır. Təkrar edirəm, İraq və Suriyanın əvvəlki vəziyyətini bərpa etmək mümkünsüzdür. Digər variantlar axtarmaq gərəkdir. Elə məhz buna görə də mən təklif edirəm ki, kürdlərə silah verilsin.

- Kürdlər Kürdüstanı müdafiə edə bilərlər, lakin onlar İŞİD-ə qalib gələ biləcək gücdə deyillər. İŞİD-ə qarşı necə mübarizə aparmaq olar?

- Ən əvvəl biz onlara qarşı güclü zərbələr endirməliyik. Aviasiyadan istifadə etməklə onların mənzil-qərargahları və komandanları məhv olunmalıdır. İkincisi isə onların daha çox ərazilər zəbt etməsini dayandırmalıyıq. Çünki İŞİD-in Sinay yarımadasında irəliləməsi, Rakka şəhərinin ələ keçirilməsindən də həyəcanlıdır. Müttəfiqlərimiz olan misirliləri, türkləri, ərəbləri müdafiə etmək gərəkdir. Üçüncüsü isə, biz dini planda onlarla mübarizə apara biləcək müsəlmanlara yardım göstərməliyik. Ona görə ki, İslam qarşıdurmanın tam mərkəzində durur.

- Siz nəyi nəzərdə tutrsunuz?

- Hal-hazırda İslam ölkələri arasına baş verən mübarizə, xristianlığın XVII əsrdəki Otuzillik müharibə zamanı ilə müqayisə oluna bilər. Tarixçilər müasir Avropanın istinad nöqtəsini, dövlət və kilsənin ayrılmasının əsasını qoymuş Vestfal sülh müqaviləsi hesab edirlər. İslam belə bir kompromisə getməyib və bəlkə də heç zaman da getməyəcək.

-Sünnülər arasında etibarlı müttəfiqlərin olmaması, Obamanı İran ilə yaxınlaşmaya doğru itələyir?

- Bu sualı bizim hökumətə vermək lazımdır. Şəxsən mən hesab edirəm ki, 1979-cu il həm Əl-Qaidə (Bu təşkilat həmin dövrdə Əfqanıstanda cücərməyə başlamışdı), həm də İran üçün Qərblə münaqişənin qaçılmaz olacağının ideoloji əsaslarını qoydu.

- Axı, İran ideolji deyil, həm də uzunmüddətli milli maraqlara malik dövlətdir.

- Henri Kissincer nə vaxtsa belə bir ifadə işlətmişdi ki, görəsən İran layihədir, yoxsa ölkə? Mən İran rejiminin buna cavab verməyə hazır olduğuna əmin deyiləm.

- Sizi nüvə proqramı ilə əlaqədar Tehran ilə müqavilənin bağlanması narahat edirmi?

- Məni bu çox narahat edir. Həmin müqavilədə İran üzərindən sanksiyaların götürülməsi də nəzərdə tutulur. Lakin iranlıların regionda sabitliyin pozulması məsələsindəki hegemonluq siyasətlərini dəyişməyə hazır olacağı bizə məlum deyil.

- İndi isə gəlin Avropa barəsində danışaq. Nəhayət amerikanlar İslamın Avropa üçün sadəcə olaraq terror deyil, ekzistensional (varlıq) problem olduğunu anlayırlarmı?

- Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən zaman, mənim analitiklərim Avrpanın gələcəkdəki mümkün ssenarisini tərtib etmişdilər. Onların içərisində mənim yadımda əsasən iki ən radikal məsələ qalıb. Birincisi, Avropa oraya dincəlməyə gələnlər üçün özünəməxsus əyləncə parkına çevrilərək, öz təsir imkanlarını itircək. İkincisi isə onun adı dəyişilərək Avrostan olacaq. Bu isə Avropanın islamlaşma təhlükəsindən xəbər verir. Ancaq Amerika bunu tam olaraq dəyərləndirə bilməyib.

- Bəs, Rusiyanın Avropadakı aqressiv hərəkətləri sizi narahat edirmi?

- Putin başını çox yuxarı qaldırb. Amma onun əlində elə də güclü kartlar yoxdur. Təcavüzkar hərəkətlər qısa müddət zamanı ciddi problemlər yaratsa da, lakin uzun müddətli perspektivdə işə yaramır. Ona görə də deyə bilərik ki, Rusiya “sönən” böyük dövlətdir. Hal-hazırda bu böyük dövlətin bütün atributları (inkişaf edən sənaye, sahibkarlıq fəaliyyəti, demokratiya və hətta neft-qaz sənayesi) qırmızı xəttdə yerləşir. Rusiyanın yeganə təsir vasitəsi Sovet dövründən qalma BMT-dəki veto haqqı, silahlı qüvvələrin və nüvə potensialının qalıqlarından ibarətdir.

- Rusiya deputatları o səviyyəyə gəlib çatıblar ki, onlar hətta 1991-ci ildə Rusiya tərəfindən Pribaltika respublikalarının müstəqilliyinin tanınmasının qanuniliyinə şübhə ilə yanaşdıqlarını bəyan edirlər...

- NATO-nun sərhədlərində Rusiyanın bu cür təcavüzkarlığı və onun keçmiş möhtəşəmliyi geri qaytarmağa cəhd etməsi, çox miskin görünür. Amma onların Krımdakı hərbi əməliyyatı peşəkarcasına həyata keçirdiklərini də danmaq olmaz. Bu o deməkdir ki, biz sayıqlığımızı itirməməliyik. Öz gücünü lüzumsuz yüksək qiymətləndirən Putinə axmaqlıqlar etməyə imkan verilməməlidir. Mən Ukraynaya silah verərdim.

- Özünün Cənubi-Çin dənizindəki siyasəti və ya kiber müharibə cəbhəsindəki hərəkətləri ilə Çin, ABŞ-ın düşməninə çevrilmirmi?

- Çin ABŞ-ın düşməni deyil. Ancaq sözsüz ki, bundan sonrakı münasibətlər rəqabət və hətta, münaqişə formasında olacaq. Çinin yaxın dənizlərdəki hərəkətləri və ABŞ-a qarşı kiber casusluq fəaliyyəti narahatedicidir. Digər tərəfdən isə siz anlamalısınız ki, Amerika kəşfiyyatı Çinin struktur problemlərinin analizinə və bu ölkənin potensial gücünün qiymətləndirilməsinə heç də az əmək sərf etmir. Demoqrafiya, ekologiya, gəlirlərin bərabər bölünməməsi və sairə, bütün bu problemlərin ümumi yekununu aparsaq, deyə bilərəm ki, hal-hazırda əsas təhlükə İŞİD-dir. İŞİD – ciddi təhlükədir, amma Amerika üçün həyati baxımdan mühüm əhəmiyyət kəsb etmir. İran və nüvə silahının yayılması böyük təhlükədir, lakin bizim az da olsa müəyyən zamanımız var. Ən böyük təhlükə Çindir, ancaq bunu həll etmək üçün bizim hələ xeyli vaxtımız qalır. Çin bizim düşmənimiz deyil və bu, gələcək dünya təhlükəsizliyi üçün mühüm bir məsələdir.

Çevirdi: Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar