Dövlət başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib. Bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır. Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb: