Azərbaycan müəllimləri Moskvada keçirilən konfransa qatılıb

9-10 sentyabr 2013-cü il tarixlərində Moskvada Rusiyanın Elm və Təhsil Nazirliyi ilə Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü çərçivəsində “Xarici ölkələrdə rus dilli məktəblər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Rusiyanın Moskva, Vladimir, Pskov, Murmansk, Saratov, Kemerov, Samara, Rostov, Tver vilayətlərindən, Mari El, Kabarda-Balkar, Kareliya respublikalarından ümumilikdə 300-dən çox təhsil işçiləri: nazirlik nümayəndələri, orta və ali təhsil müəssisələrinin müəllimləri və rəhbər işçiləri, müəllimlərin ixtisasartırma müəssisələrinin mütəxəssisləri, həmçinin Almaniya və Azərbaycandan dəvət edilmiş xarici ekspertlər iştirak edib. Konfransın gedişi onlayn olaraq centersot.net/videoconferences.html saytında canlı yayımlanııb. Distant olaraq qoşulan iştirakçılar konfransa həmin saytın üzərindən və sosial şəbəkələrdən də qoşula bilərdilər. Müzakirələrdə daha geniş iştirak üçün isə populyar sosial şəbəkə olan Facebook-da xüsusi səhifə yaradılmışdı: facebook.com/centersot.

Müasir Təlim Texnologiyaları Mərkəzinin rəhbəri Sergey Bulanov və digər həmkarlar konfransa dəvət olunan Azərbaycan və Almaniyadan gələn müəllimlərin müzakirələrinə çox diqqət yetirib və ölkəmizdəki tolerantlığı ayrıca qeyd ediblər. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin LƏQ məsləhətçisi, Əməkdar müəllim Almaz Həsrət məruzəylə çıxış edib. O, Azərbaycanda olan rus dilli məktəblər, rus dilində təhsil alan şagirdlər və onların sayı barədə məlumat verib, rus dilini tədris edən müəllimlərin iş fəaliyyəti və onların təkmilləşməsi üçün dövlət tərəfindən daim təşkil olunan treninq və kurslar haqqında danışıb. A.Həsrət çıxışında onu da vurğulayıb ki, Azərbaycan həmişə tolerant ölkə olub. Məhz buna görə də bütün sahələrdə olduğu kimi təhsil sahəsində də digər xarici dillərin öyrənilməsinə xüsusi diqqət və qayğı göstərilir. O, bu dillər arasında rus dilinin də xüsusi yerinin olduğunu vurğulayıb.

Konfransın ən maraqlı hissəsi isə onlayn olaraq Azərbaycanın Şəmkir rayonu Kür qəsəbəsinin 2 saylı tam orta məktəbindən rus dili və ədəbiyyatı müəllimi Ruhiyyə Rəfiyevanın Skype vasitəsilə tədbirə qoşulması oldu. R.Rəfiyeva dərs dediyi şagirdlərlə birlikdə məktəblərində rus dilinin tədrisi və onun vəziyyəti ilə bağlı çıxış etdi, sonra Azərbaycanlı şagirdlər öz fikirlərini sərbəst rus dilində bildirdilər, həmçinin rus dilində şeir və mahnı da səsləndirdilər. Moskvaya canlı bağlantıda olan Şəmkir rayonu Kür qəsəbəsinin şagirdləri Məmmədov Rəşad, Cahangirov Taleh, Əlihüseynov Kamran, Məmmədov Elvin, Əliyeva Leyla, Məmmədov Rüstəm sonda öz məktəb şagirdləri ilə Rusiyada oxuyan məktəblilər arasında əlaqələrin olması kimi çox gözəl təklif də etdilər. Şagirdlərin belə fəallığı çıxışı konfrans iştirakçılarının çox xoşuna gəldi.

Konfransın gedişi zamanı Almaniya və Rusiyanın müxtəlif nümayəndələrinin çox maraqlı fikirləri dinlənildi. Azərbaycandan olan Yaqut Əzimzadə (Respublika İncəsənət Gimnaziyası, ibtidai sinif müəllimi) və Laçın Nəbiyevanın (8 saylı tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi) çıxışları konfrans iştirakçıları tərəfindən çox maraqla qarşılandı, tədbirə Azərbaycandan onlayn qoşulan müəllim həmkarlarımız və xüsusilə də Respublika İncəsənət Gimnaziyasının direkrtoru Maya xanım Şabanovanın da fikirləri çox müsbət dəyərləndirildi.

Sonda belə tədbirlərin bir sıra müxtəlif xarici ölkələrdə davamlı keçirlməsi kimi təkliflər də irəli sürüldü. Rus dilli məktəblərin xaricdə vəziyyəti ilə bağlı dəstəkləyici tədbirlərin həyata keçirilməsi üçün Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən xaricdə rus dilli məktəblərdə tədrisin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması təklifi qəbul olundu.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar