HANSI NEFT ÖLKƏLƏRİ RİSK ZONASINDADIR? – “İrandakı vəziyyət daha kritikdir”

2014-cü ilin iyununda bir barel neftin qiyməti 115 dollar idi. O vaxtdan indiyədək neftin qiyməti iki dəfə düşüb. Son bir ay ərzində isə bir barel neftin qiyməti daha 10 dollar da azalıb. İndiki mövcud vəziyyətdən ən çox istehsalçı ölkələr əziyyət çəkirlər. Çünki onlar, hazırkı şərtlər daxilində xeyli gəlir itkisinə məruz qalırlar.

Enerji riskləri üzrə mütəxəssis, “Risk Energy” bloqunun rəhbəri Stefan Silvestrin mövzu ilə bağlı Fransanın “Atlantico” analitik portalına verdiyi müsahibəsini təqdim edirik.

- WTI markalı neftin qiyməti 41 dollara düşüb. Bu, 2009-cu ildən iniyədək ən aşağı göstəricidir. Baş verənlərdən daha çox hansı istehsalçı ölkə əziyyət çəkir? Miqyasın genişliyi nə qədərdir?

- Avropada və dünyanın böyük hissəsində etalon kimi qəbul olunan WTİ və əsasən də Brent markalı neftin qiyməti bir il ərzində kəskin aşağı yuvarlanıb. Qiymətlərdəki indiki geriləmə, əsas etibarilə stuktur səbəbləri ilə izah edilir və belə bir vəziyyətin daha iki il də davam edəcəyi gözlənilir.

Hazırda daha çox iqtisadiyyatları neft gəlirləri üzərində qurulmuş, inkişaf etmiş ölkələr ziyan çəkirlər. Buraya ilk öncə İran, İraq, Venesuela, Anqola, Nigeriya və Əlcəzair daxildir. Qiymətlər Fars körfəzi ölkələrinə də təsirsiz ötüşmür, lakin onların duruş gətirmələri üçün kifayət qədər ehtiyat valyutaları var. Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr isə öz iqtisadiyyatlarını diversifikasiya etməyi bacarıblar.

- Neftin indiki qiyməti, İran kimi neft hasilatçısı olan bəzi ölkələrə, büdcələrində tarazlıq yaratmağa imkan vermir. Siyasi risklər mümkündürmü?

- İrandakı vəziyyət daha kritikdir. Neftin qiymətinin aşağı yuvarlanmasına həm də iqtisadi sanksiyalar nəticəsində neft satışına qoyulan məhdudiyyətlər və bank sisteminə qarşı sədd çəkilməsini (şübhə yoxdur ki,Ər-Riyyad bunu istəyir) də əlavə etsək, ümumi şəraitin acınacaqlı olduğu bəlli olar. Bu yaxınlarda Qərblə əldə edilmiş razılıq Tehran üçün xüsusilə vacibdir. Əgər, hətta İran ilə Amerika razılaşmanı ratifikasiya etsələr də, sanksiyaların silinməsinin real məhsulu öz bəhrəsini yalnız bir ildən sonra verəcək. Digər tərəfdən isə neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına da bir neçə il lazım gələcək. Əgər sanksiyalar qaldırılmazsa, onda bu, İrandakı mövcud rejimin gələcəyini təhlükəyə ata bilər.

Bütün bu söylənilən sözlər Venesuelaya da aiddir. Huqo Çaves tərəfindən formalaşdırılmış sistem, sosial proqram əsasında neft gəlirlərinin əhali arasında bölüşdürülməsinə söykənirdi. Hazırkı siyasi kurs onun xələfi olan Maduroya həm bu sistemi və həm də ki, rejimi saxlamağa imkan vermir. Büdcəsinin 70%-i neftin hesabına formalaşan Əlcəzairdə də vəziyyət kritik həddə yaxınlaşır. Buteflikanın hakimiyyət müdəti bitdikdən sonra, ölkəni qarmaqarışıq zamanlar gözləyə bilər. Nigeriya, Anqola, Konqo və Qabon kimi neftlə zəngin Afrika ölkələrinin dövlət gəlirlərinin 60%-dən 90%-ə qədəri neftdən asılı olduğuna görə bu ölkələrdəki maliyyə vəziyyəti nəzərəçarpacaq səviyyədə pisləşib. Ancaq hər necə olmasına baxmayaraq, həmin Afrika ölkələrindəki maliyyə çatışmamazlığı kəskin siyasi nəticələrə gətirib şıxarmayacaq. Çünki bu ölkələrin əhalisi iqtisadiyyatdakı qeyri-sabitliyə uyğunlaşıblar.

Nəhayət, dünya netft ixracının ikinci nəhəngi olan Rusiyanı qətiyyən unutmaq olmaz. Putin siyasəti çərçivəsində enerji sektoruna söykənən Rusiya iqtisadiyyatına, aşağı düşən neft qiymətləri xeyli mənfi təsir göstərir.

Rusiya maliyyə bazarlarından az asılıdır. Çünki onun istehsalının böyük əksəriyyəti uzunmüddətli müqavilələlərə bağlıdır. Ancaq hər necə olsa da, uzunmüddətli tariflər də neft qiymətinin sabit düşüşü nəticəsində aşağı enir. Beləki, hələlik vəziyyətin yaxşılaşacağına ümid bəsləmək olmasa da, Rusiyadakı güclü avtoritar rejimin mövcudluğu siyasi riskləri azaldır.

- Bəs hansı səbəbə görə istehsalçı ölkələr hasilatı aşağı salmaq istəmirlər? Onlar nəyə nail olmaq fikrindədirlər?

- Hər şeydən əvvəl neft hasil edən bütün ölkələr bir-birləri ilə rəqabət aparmaqla yanaşı, özlərinə məxsus olan bazar payının artırılmasına da çalışırlar. Böyük neft ixacatçıları istəyirlər ki, digərləri hasilatı azaltsın. Amma onların içərisində bunu ilk öncə etmək istəyən ölkə isə hələlik yoxdur. Digər tərəfdən isə OPEK ölkələri daxilində fikir ayrılığı mövcuddur. Bu ölkələr içərisində daha çox manevr etmək imkanına malik ölkə Səudiyyə Ərəbistanıdır. Hələlik Səudiyyə Ərəbistanı istehsalı azaltmaq niyyətində deyil. Onun məqsədi Amerikanın şist neftini sıradan çıxararaq, bazardakı payını yüksək səviyyədə saxlamağa yönəlib. Ancaq bu təhlükəli strategiyadır. Çünki şist neftinin hasil olunma texnologiyası bu gün üçün yaxşı inkişaf edib və şübhə yoxdur ki, çox yaxın gələcəkdə şist neftinin çıxarılma məsrəfləri də xeyli azalacaq.

- Beynəlxalq enerji agentliyində hesab edirlər ki, dünya iqtisadiyyatının sabit böyüməsi və cazibədar ucuz qiymətlər sayəsində neftə olan gündəlik tələbat 1,6 milyon barel artacaq. Neftin indiki ucuzlaşan qiyməti, deyilən proqnozu təkzib edirmi? Bəlkə vəziyyətə atom məsələsi ilə ələqədar İranla bağlanmış müqavilə təsir göstərirmi? Çindəki son devalvasiya hadisəsinin ümumi vəziyyətə təsirindən söhbət gedə bilərmi?

- Hər il dünyada neftə olan gündəlik tələbat, stuktur səbəblər üzündən 1-1,5 milyon barel artır. İnkişaf etmiş ölkələr öz iqtisadiyyatlarını böyüdərək evlər tikir, avtomobillər alırlar və sairə. Yaxın illərdə isə bu yüksəliş tempi Çinin iqtisadi böyüməsindəki ləngimə ilə əlaqədar zəifləyə bilər.

İranın nüvə proqramı ilə bağlı gəlinən razılaşma, bu ölkədəki neft hasilatının artımının əsasını qoya bilər. Amma məsələ ondadır ki, İranın neft infrastrukturu köhnəlib və onun ehtiyat hissələrə ehtiyacı var. Ümumiyyətlə isə, neft sektorundakı gücünü bərpa etməsi üçün İrana xeyli vaxt gərəkdir.

Çin valyutası yuanın devalvasiyasına gəldikdə isə, bu addım Çin iqtisadiyyatının iqtisadi böyüməsinə təkan verilməsi məqsədi daşıyır. Həmin tədbir qısa müddətli perspektiv üçün ölkənin enerji resurslarına olan tələbatını azacıq qaldıra bilər. Amma bu təsirin uzunmüddətli olması gözlənilmir. Həm də ki, valyuta ilə manipulyasiya nefti çinlilər üçün bahalaşdıracaq.

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar