“Prezidenti, ailələrimizi, hər kəsi dinləyiblər” - Ərdoğandan şok iddia

“Prezidenti, ailələrimizi, uşaqlarımızı, hər kəsi dinləyiblər”. Bu sözləri Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Tehran səfərini başa vurub Vətənə dönərkən uçaqda qəzetçilərlə söhbətində deyib. Baş nazir bildirib ki, dinləmə məsələsində Türkiyənin ağır cinayətlərə dair məhkəmələri qərar verməlidir. Baş nazirin fikrincə, yetkili şəxslərin dinləməsi üzrə məhkəmə qərarlarının qəbul edilməsi prinsipi dəyişdirilməlidir: “Məhkəmələr bu qərarı səs çoxluğu ilə qəbul etməməlidir, bunun üçün bütün məhkəmə heyəti qərarın lehinə səs verməlidir. Dinləmələrin müddəti də çox ciddi məsələdir. Bu sahədə də düzən yaradılmasına ehtiyac var. Bilirsiniz ki, indi dinləmədə zaman məhdudiyyəti yoxdur. Biz təklif edirik ki, öncə 3 aylıq dinlənmə olsun, ehtiyac olarsa 3 dəfə 1 ay olmaq şərti ilə uzadılar bilər. Yəni dinlənmə müddəti 6 ayı keçməməlidir. Etmədikləri iş qalmayıb. Prezident, parlament sədri, mən, bizim ailə üzvlərimiz, hər kəs dinlənib”.

Ölkənin məhkəmə sisteminə dəyişikliklər edilməsi məsələsindən danışan baş nazir deyib ki, indiyə qədər fəaliyyət göstərən özəl yetkili məhkəmələr ləğv edilməli onların bütün səlahiyyətləri ağır cinayətlər üzrə məhkəmələrə verilməlidir: “Bundan sonra prokuror bir neçə polisi, jandarma komissarını çağırıb “gedin filan yerə basqın edin” deyə bilməyəcək. Polis öncə bu məsələ ilə bağlı validən razılıq alacaq. Bu məqsədlə valiliklərdə xüsusi bir müavinlik postu təyin ediləcək. Vali yardımçıları bu məsələni polis rəisləri ilə müzakirə etdikdən sonra hansısa əməliyyata başlanması qanuni sayılacaq”. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar