Facebook Mingəçevirdə 7 ailə dağıdıb

Bu ilin ötən 6 ayında Mingəçevirdə 353 nigah bağlanıb və 75 boşanma qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Etibar Süleymanov bildirib.

Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin rəisi Sevinc Hüseynova isə qeyd edib ki, hazırda ər arvadın bir-birilərini başa düşmədən ayrılmaları qeydiyyat şöbələrinin siyahısında o qədər də önəmli yerdə dayanmır.

Məlumatda deyilir ki, nikahı pozmaq qərarına gələn cütlüklər, əsasən, ailədaxili maddi sıxıntılarını və xəyanəti səbəb kimi göstərirlər. Boşananların əksəriyyəti isə gənclərdir. Sosial şəbəkələrin ərlə arvadın şəxsi həyatlarına daxil olması da ayrılmalara səbəb olur. Təkcə ötən il Mingəçevir şəhərində 7 ailə bu səbəbdən dağılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar