İsrail Türkiyəyə 20 milyon dollar təzminat təklif edib

İsrail “Mavi Mərmərə” gəmisinə basqın zamanı həlak olanların ailələri və yaralananlar üçün Türkiyəyə 20 milyin dollar təzminat ödəməyi təklif edib.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrailin “Haaretz” qəzetinə danışan və adı açıqlanmayan diplomatlar görüşlərdə irəliləyişin olduğunu, lakin Türkiyə tərəfi ilə hələ razılığa gəlmədiklərini qeyd ediblər.

“Haaretz”də yayımlanan xəbərə görə, uzun müddətdir təxirə salınan danışıqlar ötən ilin dekabrında yenidən başlayıb.

Danışıqlarda Türkiyə tərəfi baş verən hadisədə zərər çəkənlər üçün 30 milyon dolar təzminat ödənilməsini tələb edib. Danışqılardan sonra İsrailə dönən nümayəndə heyəti baş nazir Benyamin Netanyahunun Türkiyəyə 20 milyon təzminat ödəmək üçün qərar verdiyini və bu məbləğin 3 milyon dollar artırıla biləcəyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar