“BU ÖLKƏDƏ BİR KİŞİ VAR, O DA CƏNAB PREZİDENTDİR” - Hacıbala Abutalıbov yenə "gül vurdu"- VİDEO

Bu gün “Sovetski” sakinləri ilə keçirilən görüşdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əlil Vaqif Verdiyevin şikayətini dinləyib.

Virtualaz.org saytının məlumatına görə, V.Verdiyev şikayətlərinə baxılmadığını və icra hakimiyyətinə getsə də başçının qəbuluna düşə bilmədiyini deyib. H.Abutalıbov da jurnalistlərin qarşısında Qaradağ rayonunun icra baçısına zəng edərək V.Verdiyevi qəbul etməsini və şikayətlərinə baxmasını tapşırıb.

V.Verdiyev isə bundan mütəəssir olaraq “Hacıbala müəllim, burada iki kişi var. Bir siz, bir də İbrahim müəllim (Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevi nəzərdə tutub-red.)” deyib.

H.Abutalıbov isə V.Verdiyevin bu sözlərinə cavab olaraq “yox, elə deyil, bu ölkədə bir kişi var, o da cənab prezidentdir” deyə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar