Ukrayna müxalifəti inqilaba bərabər qələbə qazandı - Canlı yayım

Ali Rada Konstitusiyaya 2004-cü ildə dəyişiklikləri ləğv etdi; hökuməti formalaşdırmaq funksiyası prezidentdən parlamentə keçdi; əfv –ümumi barədə qanun qəbul edildi

Ukrayna Ali Radası ölkə konstitusiyasına 2004-cü ildəki dəyişikliklərin ləğv edilməsi haqqında qərarı qəbul edib. Musavat.com xəbər verir ki, bu dəqiqələrdə başa çatan səsvermədə 397 Ali Rada üzvü qərarın lehinə səs verib.

Unian.net xəbər verir ki, qərar açıq səsvermə ilə qəbul edilib. Diqqət çəkən faktdır ki, hakim “Regionı” partiyasının 140 üzvü də qərarın lehinə səs verib.

Yada salaq ki, 2004-cü ildə ölkənin ali qanununa edilən dəyişikliklərdən sonra hökuməti formalaşdırmaq səlahiyyəti prezidentdə idi. Parlamentin müxalifətçi fraksiyalarının liderləri yerli telekanallara açıqlamalarında bildirib ki, artıq onlar yeni kabinetin qurulmasında iştirak etməyə hazırdırlar.

Bu gün parlament əfv-ümum layihəsini də səsverməyə qoyaraq, onun qəbuluna nail olub.

Euromaydan bu qələbəni böyük coşqu ilə qarşılayıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar