Metropolitenin tikinti şirkəti ilə «cütləşməsi» ağılsızlıqdır- Ekspertlər

«Yeni nəhnəg struktur metro tikintisinin sifarişçisi, bu layihələrin icraçısı, eləcə də metronun istismarçısı olacaq, bu isə yolverilməzdir»

«Bakı Metropoliteni» QSC-nin yaradılması birmənalı qəbul edilmir. Ekspertlər Metropolitenin tikinti şirkəti ilə «cütləşməsi»ni düzgün saymır, çünki bu, korrupsiya riski yaradır.

«İqtisadi Təşəbbüslərə Yardım» (SEI) İB-nin sədri Azər Mehdiyev "Turan"a bildirib ki, Bakı Metropoliteninin təşkilati-hüquqi formasının korrektəsi müasir tələblərə cavab verir və şəffaflıq və hesabatlılığa kömək etməlidir. Amma Metropolitenin tunel tikintisi müəssisəsi ilə birləşdirilib SC yaradılması maraqların toqquşmasının aradan qaldırılması və korrupsiya xarakterli risklərin aradan qaldırılması prinsiplərinə ziddir. «Yeni nəhnəg struktur metro tikintisinin sifarişçisi, bu layihələrin icraçısı, eləcə də metronun istismarçısı olacaq, bu isə yolverilməzdir», deyə iqtisadçı bildirib.

SEI sədri hesab edir ki, «Bakı Metropoliteni» QSC-nin funksiyalarının müxtəlif dövlət strukturları arasında bölünməsi onun fəaliyyətində çətinlik yarada bilər. Mehdiyevə görə, şəffaflığın artırılması üçün QSC-nin Müşahidə Şurasında ictimai iştirak təmin edilməlidir. Metropoliten avtobuslardan sonra ən kütləvi şəhər nəqliyyatı növüdür. 2013-cü ildə ondan 206,7 mln nəfər istifadə edib. Bu, əvvəlki ildəkindən 5,6% çoxdur. Metropolitenin təsərrüfat fəaliyyəti dövlət büdcəsindən dotasiya olunur.

2013-cü ildə Nazirlər Kabineti Bakı Metropoliteninin nizamnamə kapitalını 484 mln 143 min 819.33 manat təsdiq edib. 2000-ci ildən fəaliyyət göstərən “Azərtunelmetrotikinti”nin isə nizamnamə kapitalı yoxdur.

2011-ci ilin martında dövlət başçısının sərəncamı ilə 2011-2015-ci illərdə Bakı Metropoliteninin inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Həmçinin 2030-cu ilə kimi metro xətlərinin inkişafı konsepsiyası qəbul edilib. Sənəd stansiya sayının 23-dən 76-ya çatdırılmasını nəzərdə tutur. Hazırda 3 stansiya tikilir, 5-i layihələndirilir.

“Azərtunelmetritikinti” yeni metro stansiyaları ilə yanaşı başqa obyektlər də tikir. Onun strukturuna 3 tikinti idarəsi, layihə institutu, dəmir-beton zavodu, 6 kommersiya təşkilatı daxildir.

Yeni QSC-nin işçi sayı 5,5 min nəfər olacaq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar