HEYDƏR ƏSƏDOVDAN İSMƏT ABBASOVA İTTİHAM- "Subsidiyalar mənimsənilib..."-VİDEO

“Subsidiyaların verilmə mexanizminin dəyişdirilməsi bir günün işi deyil. Bunun üçün müəyyən vaxt lazımdır”. APA-TV-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi zamanı deyib. Onun sözlərinə görə, subsidiyaların verilməsi tarixən formalaşan bir mexanizmdir. Nazir hazırda bu mexanizmin qiymətləndirmə mərhələsinin keçirildiyini bildirib.

“Müəyyənləşdiririk ki, subsidiyaların verilməsində boşluqlar, mənimsəmə və qeyri şəffaflıq prosesləri harada var. Hazırda biz bununla bağlı inzibati tədbirlər görürük, yoxlamalar aparırıq. Müəyyən aidiyyəti müvafiq icra hakimiyyəti orqanları ilə müqayisələr aparılır və müəyyən fərqlər meydana çıxıb. Torpaq sahələrinin artıq göstərilməsi, lazım olmayan yerlərə daha doğrusu qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar var”, - Heydər Əsədov qeyd edib.

Nazir bildirib ki, ilkin olaraq inzibatı, nəzarət və qiymətləndirmə metodu ilə subsidiyaların verilməsi zamanı neqativ halların aradan qaldırılmasına nail olunacaq. Heydər Əsədov deyib ki, mexanizmin dəyişilməsi uzun müddətli prosesdir və bunun elektron kənd təsərrüfatının yaradılması işinə başlanılır.

Heydər Əsədov müvafiq strategiya hazırlandığını və bu sahədə məsləhətçilər cəlb olunduğunu qeyd edib.

Qeyd edək ki, fermerlər üçün nəzərdə tutulan subsidiyaların mənimsənildiyi, böyük hissəsinin Kənd Təsərrüfatı Nazirliyini daxilində bölüşdürüldüyü daim müzakirə mövzusu olub. Ançaq sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov bunu qəti şəkildə rədd edib. İndi Heydər Əsədovun bu məlumatı doğrulaması faktiki olaraq sələfini korrupsiyada ittiham etmək anlamına gəlir. Hər halda fermerlər üçün nəzərdə tutulan subsidiyalar onlara çatmayıbsa, bu ya İsmət Abbasovun istəyi ilə baş verib, ya da onun öz vəzifəsini yerinə yetirə bilməməsindən. Ançaq istənilən halda məsuliyyətin böyük ölçüdə cənab Abbasov daşıyır.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar