BƏXTİYAR ƏLİYEV İLHAM ƏLİYEVİN TƏHRİKİ İLƏ DANIŞIB? – İç savaş

Deputatın gömrük orqanları haqda sonradan təkzib etdiyi tənqidi çıxışının pərdəarxası

Məlum olduğu kimi, Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin son iclaslarından birində gömrük orqanlarını sərt tənqid etmişdi. Deputat demişdi ki, hökumətlərarası komissiyaların iclaslarında dəfələrlə vurğulanıb ki, müxtəlif ölkələrdən daxil olan mallarla bağlı real statistik məlumatlarla Gömrük Komitəsinin məlumatları üst-üstə düşmür.

Bu çıxış ciddi qalmaqala səbəb oldu və Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsini sədri Əli Hüseynli APA-ya müsahibə verərək Bəxtiyar Əliyevin dediklərinə qarşı çıxdı. Sonrakı iclasda gözlənilmədən Bəxtiyar Əliyev də öz mövqeyindən geri çəkilərək çox pis duruma düşdü. O, belə bir izahat verdi:

“Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi. Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında onun statistik rəqəmləri bütün dünyaya açıqdır. Nəinki xarici ticarət dövriyyəsi, hətta gömrükdən keçən malların strukturu da göstərilir. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri-dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir və ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirsə, bu düzgün deyil.”

Bu iki fərqli çıxış, faktiki olaraq Bəxtiyar Əliyevin o qədər də parlaq olmayan siyasi karyerasına ciddi zərbə oldu.

B.Əliyevi çox pis vəziyyətə qoyan bu oyunun təfərrüatı barədə məlumatlı olan mənbə AzPolitika.info-ya maraqlı informasiya sızdırıb.

Bəxtiyar Əliyevin Ramiz Mehdiyevin himayəsi altındakı deputatlardan olduğunu xatırladan mənbə deyir ki, onların münasibətləri Bəxtiyar Əliyevin Moskvada təhsil illərindən yaranıb.

“Bəxtiyar Əliyevin gömrüklə bağlı qalmaqallı çıxışı Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin sifarişi ilə meydana gəlib. Sonradan Bəxtiyar Əliyev öz çıxışını geri oxumağa məcbur olub.

Diqqət edin: O, bildirmişdi ki, açıqladığı faktlar hökumətlərarası komissiyaların iclaslarında vurğulanıb. Lakin nəzərə alın ki, Bəxtiyar Əliyevin hökumətlərarası komissiyaların işində iştirakı yoxdur. Bu məlumatlar ona İlham Əliyev tərəfindən ötürülmüşdü və məhz onun təhriki ilə həmin çıxış meydana gəlmişdi.”

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar