Spikerlə İlyas İsmayılov arasında qarşıdurma olub

Milli Məclisin bu gün keçirilən iclasında spiker ilə deputat arasında qarşıdurma olub.

APA-nın məlumatına görə, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat İlyas İsmayılov hesabatla bağlı müxtəlif iradlarını bildirib. Onun çıxışı demək olar ki, hökumətin illik fəaliyyətini sərt tənqid etməkdən, müxtəlif çatışmazlıqlardan misal gətirməkdən ibarət olub.

Çıxışından sonra deputata cavab verən spiker Oqtay Əsədov ona irad tutub: “İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.

Bu zaman İ.İsmayılov yerdən spikerin sözünü kəsərək ona replika atıb: “Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”

Deputatın sərt replikası spikeri əsəbiləşdirib: “İrad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”.

Bundan sonra İ.İsmayılov yerdən ayağa qalxaraq səsini qaldırıb: “Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimi ixtiyarı yoxdur”.

Spiker onun sözünü kəsərək daha sərt cavab verib: “Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa özünə hörmət qoy!”

Daha sonra spiker ona imkan verməyərək növbəti deputata söz verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar