Hüseynqulu Bağırov Ədliyyə Nazirliyindən Baş Prokurorluğa şikayət edib

Bu ilin iyun ayının 27-də Şirvan Milli Parkında baş verən yanğınla bağlı araşdırmanın gedişi ilə bağlı ilginc məlumatlar əldə etmişik.Yanğının araşdırmasının gedişində ortaya çıxan məqamlarla bağlı AzNews.az maraqlı məlumat əldə edib.

Məlumatda deyilir ki, Ədliyyə Nazirliyinin hadisə yerində olmuş ekspertlərinin verdiyi rəy Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərtib etdiyi rəylə uyğun gəlmir. Belə ki, ETSN-dən verilən açıqlamalarda yanğına qoruğa bitişik ərazidə neft hasil edən “Salyan OİL” əməliyyat şirkətinin ağır tonnajlı buruq maşınından düşən qığılcımın səbəb olduğu bildirilmişdi.

Ədliyyə Nazirliyinin ekspertlərinin verdiyi rəydə isə isə bu məsələ yalanlanır. Rəydə bildirilir ki, “Salyan OİL”in yanğına səbəb olduğu deyilən maşınında heç bir texniki qüsur aşkarlanmayıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov AzNews.az-a açıqlamasında bu faktı təsdiqləyib. Nazir bildirib ki, hadisə yerində “Salyan OİL” əməliyyat şirkətinə aid buruq maşını olub. Maşında baş verən texniki nasazlıq səbəbindən yaranan qığılcım isə Milli Parkın ərazisində baş verən yanğının başlamasının əsas səbəbidir: “Orada maşın olub və həmin maşın yanğına səbəb olub. Odur ki, Ədliyyə Nazirliyinin ekspertlərin rəyindən narazıyıq”.

H.Bağırov bildirib ki, Ədliyyə Nazirliyinin ekspertlərinin hazırladığı həmin rəylə bağlı Respublika Baş Prokuroruna müraciət ediblər.

AzNews.az-ın əldə etdiyi başqa bir məlumatda isə bildirilir ki, polis Şirvan Milli Parkında baş verən yanğın ərazisində içərisi yanacaqla dolu olmuş boş butulka tapıb və bu fakt istiqamətində də araşdırmalar aparır.

Qeyd edək ki, Şirvan Milli Parkında baş verən yanğın nəticəsində Milli Parkın 500 hektardan artıq ərazisi flora və faunası ilə birlikdə məhv olmuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğın nəticəsində təbiətə 222 min manat ziyan dəydiyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar