14 YAŞLI QIZA TƏCAVÜZ ETDİ, AZADLIQDADIR! - “Müstəntiq stolun üstünə 10 min pul qoydu…”

“4 dəfə Baş prokurorun qəbulunda olmuşam, söz verib, amma…”

Bakı sakini – Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, 11 saylı binanın 14-cü mənzilində yaşayan Həsənova Kəmalə (Ad şərtidir-red) “AzPolitika”ya müraciət edib. Yerindəcə, qeyd etmək istəyirəm ki, bu müraciəti oxuduqca, xəcalət təri tökürsən… qəzəblənməyə bilmirsən! Azərbaycan hüquq-mühafizə orqanlarında məsuliyyətsizlik, cəzasızlıq və hüquqi nihilizm o həddə çatıb ki, hətta yetkinlik yaşına çatmayan qız uşağını zorlama kimi ağır cinayəti belə pul gücünə ört-basdır etmək adi hala çevrilib.

Müraciəti müvafiq ixtisar və redaktə ilə dərc edirik ki, sizlər də qəzəblənib, xəcalət təri tökəsiniz, hörmətli oxucular! Nədən ki, bu müraciət Azərbaycan cəmiyyətinin hansı miqyasda aşındığını (mənəviyyat nihilizminin şiddətini) açıq-aydın ortaya qoyur…

Şikayətçi yazır: «Qonşuluğumuzda yaşayan Elməddin Kərimov 2013-cü ilin dekabrında 14 yaşlı qızımı (Məlum səbəbdən ad çəkmirik-red.) aldadaraq, sonra isə zor işlədərək, onunla qeyri-təbii yolla (!) cinsi əlaqədə olub. Bundan sonra da o, 2013-cü ilin dekabr ayından 2014-cü ilin iyun ayına qədər – təxminən, 6 ay ərzində – məktəb yoldaşlarının yanında rüsvay edəcəyi ilə hədələyib, susmağa məcbur edərək, mütəmadi surətdə qızımla əsasən, qeyri-təbii yolla və bir neçə dəfə də təbii yolla cinsi əlaqədə olub…

Cinayət işinin istintaqı təxminən, 1 il 2 ay müddətində Suraxanı rayon Pokurorluğunda, Suraxanı rayon Polis İdarəsində, Bakı şəhər Baş Polis İdarəsində və Bakı şəhər prokurorluğunda aparılıb. Elməddin Kərimovun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 149.2.3 və 150.2.3. maddələri ilə tövsif edilsə də sonradan Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayevin himayədarlığı ilə verilmiş saxta rəylər əsasında CM-nin 149.2.3. maddəsi ilə ittiham istintaq materialından çıxarılaraq, Bakı şəhər Rrokurorluğunun müstəntiqi Cavid Abbasov tərəfindən CM-nin 150.2.3 maddəsi ilə əvəz edilib və yekunlaşdırılaraq, məhkəməyə göndərilib…

Elməddinin əməlinin ağır cinayət olmasına və maddənin sanksiyasında alternativsiz olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, təqsirləndirilən şəxs barəsində indiyə qədər həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova yazdığım şikayətlər də nəticəsiz qalıb…

Sizdən artıq drəcədə xahiş edirəm ki, bizə qarşı edilən məhkəmə özbaşınalığından və qanunsuz davranışdan müdafiə olunmaq üçün mənim, Ədliyyə naziri cənab Fikrət Məmmədovun qəbuluna düşməyimə köməklik edəsiniz».

Redaksiyamızda olan K.Həsənova deyir ki, cinayəti törədən gəncin ailəsi əvvəlcə müstəntiqin vasitəsilə onları pulla satın almaq, bu yolla cinayəti ört-basdır etmək istəyib. “İşi aparan müstəntiq dedi ki, artıq olan olub, biabır olmusunuz, al bu 10 min manatı şikayətinizi geri çəkin. Bunu deyib stolun üstünə bir dəstə pul qoydu. Soruşdum ki, namusu pula satmaq olarmı?! Heç nə deyə bilmədi”.

Çarəsiz ana deyir ki, yetkinlik yaşına çatmayan övladına qarşı cinayət törədən şəxsin məsuliyyətdən yayındırılmasında Məhkəmə Tibbi Ekspertizası Birliyinin direktoru Şakir Musayev əsas rollardan birini oynayıb. Ş.Musayev saxta ekspert rəyi verərək, cinayətkarın cəzadan yayındırılmasına şərait yaradıb. “Bu ağır cinayəti pulla ört-basdır etdilər. Məhkəməyə ağzında saqqız gəlirdi. İndi də uşağımı hər dəfə məktəbdən çıxanda dostlarının yanında təhqir edir, onlara göstərib nalayiq sözlər deyir. Qızım özünü öldürmək istədi, ancaq xilas etdik”, deyə, çarəsiz ana hönkür-hönkür ağlayır.

K.Həsənova deyir ki, indiyədək 4 dəfə Baş prokuror Zakir Qaralovun qəbulunda olub. “Hər dəfə söz verdi ki, Elməddin Kərimov həbs olunacaq. Amma bu gün də o azadlıqda gəzir...”

Beləliklə, 14 yaşlı qızla cinsi əlaqədə olan, aylarla qızcığazı təhdid altında saxlayan bir cinayətkar bu gün azadlıqda gəzir. Ölkənin Baş prokuroru “həbs olunacaq” deyə, söz verməsinə baxmayaraq. NƏ BAŞ VERİR? ÖLKƏ BU YOLLA HARA GEDİR?

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar