Cəmil Həsənlinin mühafizə xidməti gücləndirilib

Son günlər Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mühafizə xidməti gücləndirilib. Mühafizəçilərinin sayı artırılıb.

Cəmil Həsənliyə yaxın mənbələrdən Turan-a bəlli olub ki, ona qarşı təhlükələrin ola biləcəyi ilə bağlı məlumatlar daxil olduqdan sonra Seçki Qərargahı mühafizə xidmətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Turan-ın müxbiri də dünən mitinq zamanı və bu gün Həsənlinin ətrafında daha çox mühafizəçilərin olduğunu müşahidə edib. Mühafizəçilər çox ehtiyatlıdırlar, şübhəli nə varsa hamısını diqqətlə müşahidə edirlər.

Müşahidəçilər hesab edir ki, Həsənlinin son çıxışlarından sonra həyatına təhlükələr arta bilər. Bu mənada müşahidəçilər yazarlar Elmar Hüseynov, Rafiq Tağının qətlini, Bahəddin Həziyev, Fikrət Hüseynli və başqalarının fiziki təzyiqlərə məruz qaldığını xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar