«PUTİNİN PARANOYASINI CİDDİ QƏBUL ETMƏLİYİK!» – «Bu dəfə təslim olmayacağıq»

NATO-nun Varşava sammitində Dalya Qribauskayte sərt kurs tərəfdarlarından biri olub. Litva prezidenti hazırda öz ölkəsində ordunu silahlandırır və həmçinin də NATO–nun Rusiya ilə münasibətlərinin gücləndirilməsi qərarını da alqışlayır. Litva prezidentinin “Der Spiegel”ə müsahibəsini təqdim edirik.

- Siz sammitin nəticələrindən razısınızmı?

- Bəli. Çünki bizdə ilk dəfə belə bir hiss yaranıb ki, bizim narahatçılığımız başa düşülür. Hələ üç il bundan əvvəl, Baltik respublikaları ilə elə davranırdılar ki, guya ki, biz təhlükələri şişirdirdik. İdi isə, bizi təhlükə gözlədiyi barəsində artıq heç kimi inandırmaq lazım deyil. Bunu Putin öz aqressiv hərəkətləri ilə göstərdi. Və nəticələr də var. Soyuq müharibənin qurtarmasından sonra ilk dəfədir ki, NATO yenidən öz ərazisinin təhlükəsizliyinə sərmayə qoyur.

- Ziddiyyətlər olmadımı?

- Yox, biz bütün bəndlər üzrə eyni fikirdəydik. Tədbirlər zərfinin tərkibinə, təkcə raket əleyhinə ümumi müdafiə daxil deyil. Biz, həmçinin çoxlu sayda hərbi təlimlərin keçirilməsini də razılaşdırmışıq, yalnız bizim regionda keçiriləcək təlimlərin sayı 170 olacaq. Həm də burada söhbət təkcə ənənəvi müdafiədən getməyəcək, təlimlərdə kiber vasitələr və təbliğatdan da istifadə ediləcək. Lakin biz yalnız nə isə tələb etmirik, bizim özümüz də çox iş görməyə hazırıq.

- Məsələn, nə?

- Biz müdafiə xərclərini əhəmiyyətli dərəcədə qaldırırıq. Təkcə Litvada 30 faiz. Hərçəd ki, müdafiə xərcimiz hələlik Ümumi Daxili Məhsulumuzun 1,5 faizi səviyyəsindədir, amma 2018-ci ildə bu göstərici iki faiz olacaq. Biz ordumuzu modernləşdiririk, yaxşı təchizat və yaxşı silahlar alırıq.

- Sizin xarici işlər naziriniz deyib ki, Baltik ölkələrinin hər birində və Polşada NATO-nun min əsgərinin olması kifayət deyil.

- Bu simvolik iştirakdır, rusların önünü kəsmək üçün kifayət deyil. Nüvə silahı olmayan münaqişədə əlbəttə ki, biz tamamilə başqa şeylər haqqında danışacağıq. Bunun üçün müvafiq müdafiə planımız var.

- Siz doğurdanmı qorxursunuz ki, Rusiya Baltik ölkələrinə hücum edəcək?

- “Qorxursunuz” sözü mənim xoşuma gəlmir. Biz Rusiya işğalı altında yaşamışıq və yaxşı anlayırıq ki, bu qonşunun nə edəcəyi öncədən bəlli deyil və onlar hücuma keçə bilərlər. İkinci Dünya Müharibəsindən əvvəl bizim böyük ordumuz vardı, amma Sovet İttifaqı ölkəmizə ordu yeridəndə, biz müqavimət göstərmədik. Bu təkrar olunmayacaq. Söhbət sənin nə qədər böyük olmağından yox, sənin nə dərəcədə qətiyyətli olmağından gedir. Siz bilirsinizmi, məndə nə əminlik yaradır?

- Yox.

- Bizim ölkədəki əhval-ruhiyyə. İki il bundan əvvəl biz məcburi hərbi xidmət tətbiq etdik. Ancaq heç kimi çağırmağa ehtiyac qalmadı, çünki böyük sayda könüllülər var. Əminlik ən yaxşı müdafiə üsuludur.

- Amma hər halda, siz Rusiyanın müdaxiləsindən ehtiyat edirsiniz?

- Rusiyanın Krıma müdaxiləsindən sonra bunu istisna etmirik.

- Krım NATO-nun ərazisi deyildi...

- Putinin təsəvvüründə bütün Sovet İttifaqının əraziləri Rusiyanın təsir zonasına aiddir və o, ən azından Rusiyanın keçmiş böyüklüyünü bərpa etmək istəyir. Bu onun ciddi qəbul edilməli paranoyasıdır. Ümumi yekunda onun hansı vasitələrdən istifadə etməsi mühüm deyil. Bu hərbi, təbliğat, iqtisadi təzyiq və ya enerji təchizatı ilə bağlı ola bilər. Əgər o haradasa zəiflik gördüsə, istənilən vasitəni işə salmağa başlayır.

- NATO inandırır ki, söhbət önləyici tədbirlərdən yox, dialoqdan gedir. Sizin sözlərin ikinci hissəsində hələlik bu eşidilmir.

- Biz ikinci dəmir pərdə ucaltmaq istəmirik. Hər halda söhbət bizim qonşularımızdan gedir. Biz istənilən sadəlövhlüyü kənara atıb, Rusiya ilə dialoq axtarmalıyıq, lakin dialoq təşəbbüsü hər iki tərəfdən gəlməlidir. Hələlik isə yalnız monoloq var. Gah bir tərəf danışır, gah da ki, digəri, ancaq bir-birləriylə danışmırlar. Regionumuzu daha təhlükəsiz etmək üçün biz dialoq üçün açığıq.

- Hansı formada dialoq baş tutmalıdır?

- Artıq Rusiya–NATO Şurası formatı var. Qalan hər şey isə vəziyyətin necə inkişaf edəcəyindən asılıdır. Biz həmin şuranın yığıncağında Rusiyanın özünü necə aparacağına da baxacağıq.

- Ruslar artıq NATO sammitinin qərarlarına hərbi cəhətdən reaksiya verəcəklərinə eyham vururlar.

- İndi onların Qərb hərbi dairəsində NATO-nun regionumuza yollayacağı qüvvələrdən on dəfə çox əsgərləri var. Onların nə etmələri, öz işləridir. Amma Rusiyanın davranışları etibarsızlıq yaradıb. İnam və etibar haqqında onlar yalnız özlərinə xeyir olanda danışırlar. Lakin biz qoxmuruq! Biz Putinə minnətdarıq. Ümumiyyətlə isə, o, öz hərəkətləriylə, NATO-nun yenidən əsl müdafiə blokuna çevrilməsinə yol açdı.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar