Tibbdə Azərbaycanlı alimin böyük uğuru

Dünya miqyasında tanınmış Azərbaycan alimlərinin sayı az olsa da onların əldə etdikləri nəticələr bütün bəşəriyyətin inkişafında əhəmiyyətli rol oynayıb. Hazırda tibb sahəsində də belə bir yeniliyin şahidi olmaqdayıq. Dəfələrlə beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə iştirak etmiş, əsərləri ABŞ və Avropada yenilik kimi qarşılanan Azərbaycanlı alim Təyyar Qurbanov bu günlərdə yeni bir uğura da imza atıb. Belə ki, tibb elmləri doktoru, professor Təyyar Qurbanovun tibb sahəsində elmi yeniliklərə həsr olunan məqalələri bəyənilərək, “100 endikrinologiya üzrə seçilmiş mühazirələr” kitabında çap edilib.

Bu kitaba MDB və Şərqi Avropa məkanının aparıcı alim – endokrinoloqların xüsusi hazırlanmış və mütəxəssislər tərəfindən seçilmiş mühazirələri daxil edilib. Dəvət olunan alimlər Ukraynada “Elit alimlər və peşəkarlar ordusu”nun toplantısında mühazirələrini təqdim ediblər. Mühazirələrin keyfiyyəti və aktuallığı anonim sorğu yolu ilə yerindəcə qiymətləndirilib və nəticələr elan olunarkən soydaşımızın ciddi uğuru üzə çıxıb.

MDB məkanından qələbəni yalnız Rusiya, Ukrayna və Azərbaycan alimləri qazanıblar. Azərbaycan tibb elmini isə bu məsuliyyətli beynəlxalq toplantıda yalnız professor Təyyar Qurbanov təmsil edib. Onun “Perinatal və neonatal endokrinologiyanın srategiyası və taktikası”, “Çəngəlvari vəzin patofiziologiyası haqqında müasir təsvvür” adlı iki məqaləsi yüksək qiymətləndirilərək, çap olunub.

Onu da qeyd edək ki, professor Təyyar Qurbanov Ədalət Partiyasının Ali Məclisinin komissiya sədridir.

635x100

Şərhlər

Nargiz 2014-04-16 18:34:51

Salam. Teyyar doktorla nece elaqe saxlamaq olar? Onun koordinatlarini oyrenmek mumkundurmu? Evvelceden minnetdaram.

Son yazılar