"Yaltaqlara dur deyək!"in admini məhkəmə qarşısında

Narkotiklə şərlənən "facebook" fəalı Əbdül Əbilovun mühakiməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Facebook"dakı "Yaltaqlara dur deyək!" səhifəsinin admini, narkotiklə şərlənərək həbs olunan Əbdül Əbilovun işi üzrə məhkəmə prosesi başlayıb. Dünən məhkəmənin hazırlıq iclasında Əbdül Əbilovun vəkili Xalid Bağırov məhkəməyə bir sıra vəsatətlər verib. Lakin çoxsaylı vəsatətlərdən yalnız biri təmin olunub. Bu da Əbdül Əbilovun anası və qaynının məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət olub.

Bu iş üzrə məhkəmə aprelin 24-nə təyin olunub.

Xatırladaq ki, Əbdül Əbilov keçən ilin noyabrında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Rəsmi ittihama görə, onun evindən narkotik tapılıb. Bu səbəbdən də ona qarşı külli miqdarda narkotik əldə etmə, saxlama və ya satma maddəsilə ittiham irəli sürülüb.

Əbdül Əbilovun anası isə bildirir ki, narkotiki Əbdülün evdə asılqandan asılmış gödəkçəsinin cibinə polis əməkdaşları özləri qoyub, sonra da götürərək tapılmış kimi təqdim ediblər.

Onu da əlavə edək ki, Əbdülün həbsindən sonra "facebook"dakı "Yaltaqlara dur deyək!" səhifəsi də bağlanıb.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar