ABİD ŞƏRİFOVUN ŞİRKƏTİNDƏ 106 MİLYONLUQ "BUXARLANMA" - Şok faktlar

abid

Yaxınlarda «Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» Açıq Səhmdar Cəmiyyəti illik maliiyə hesabatını müstəqil auditorun rəyi ilə birlikdə korporativ

Aktivdə çatışmayan 61 milyon manat

«Evrascon» ASC-nin 2015-ci il üzrə balans hesabatında il ərzində aktivlərin 101,3 milyon manat «əridiyi» görünür. Amma təəccüblüdür ki, 2014-cü ilin maliyyə balansında heç cür «balans» yaranmır: öhdəliklərin (264,5 milyon manat) və kapitalın (107,1 milyon manat) cəmi (371 milyon 715,2 min manat) aktivlərdən (310 milyon 531 min manat ) nə az, nə çox – 61 milyon 184 min manat artıq çıxır. Başqa sözlə, aktivlərdə bir o qədər «yırtıq» yaranır.

Baş mühasib auditorun üstünə atır...

«Evrascon» ASC-nin İdarə Heyətinin sədrinin maliyə işləri üzrə müavini, baş mühasib Ayşad Kiberova deyir ki, onun cəmiyətin sözügedən illik maliyyə hesabatından xəbəri yoxdur. «Hesabatı cəlb olunmuş müstəqil auditor Maliyyə Nazirliyinə vermək üçün hazırlayıb. Mən Vergilər Nazirliyinə təqdim olunan Mənfəət vergisi Bəyannaməsinə cavabdehəm».

A. Kiberova bölüşdürülməmiş mənfəətin ezamiyyə, işçilər üçün yemək xərci və s. üçün xərcləndiyini iddia edir.

Auditor isə baş mühasibi hədəfə alır

Maliyyə hesabatına sərbəst auditor Şəmsinur Hüseynov müsbət rəy verərək qeyd edib ki, o «bütün əhəmiyyətli aspektlər baxımından müəssisənin 31 dekabr 2015-ci il tarixinə maliyə vəziyyətini və pul vəsaitlərinin hərəkətini MHBS-yə uyğun olaraq düzgün əks etdirir».

AzadlıqRadiosu «Evrascon» ASC-də 5-30 mart tarixlərində audit yoxlaması aparan auditor Ş.Hüseynovdan maliyyə hesabatlarındakı uyğunsuzluqlara izahat verməsini xahiş edib. Lakin o, nöqsanların mövcudluğundan xəbərsiz olduğunu deyərək, məsuliyyətin cəmiyyətin mühasibatlığının üzərinə düşdüyü, bütün sənədlərdə ASC-nin İH sədrinin və baş mühasibinin imzasının olduğunu bildirdi.

«Mən yalnız təqdim olunmuş sənədlər əsasında yoxlama aparmışam. Bu tipli suallara ASC-nin baş mühasibi cavab verə bilər», - Ş. Hüseynov deyir.

«Deloitte haqqını aldı və getdi»

«Deloitte &Touche» şirkəti 2014-cü ildə «Evrascon» ASC-də müqavilə əsasında audit yoxlaması aparsa da, yekunda rəyi təqdim etməyib. Bu rəy SC-yə beynəlxalq layihədə iştirak etmək üçün tələb olunurdu. Lakin şirkət rəyini hazırlasa da, o, səhmdar cəmiyyətinin rəhbərliyini qane etməyib. Bunu o dövrdə SC-də işləmiş adının çəkilməsini istəməyən mötəbər mənbə deyir.

«Hesabatda o qədər, yumşaq desək, problemli məqamlar vardı ki, onun ortaya çıxarılması işləri daha çox korlaya bilərdi. Odur ki, Deloitte 200 000 manatdan çox xidmət haqqını aldı və getdi».

«Deloitte &Touche» şirkətinin Bakıdakı tərəfdaşı Azadlıq Radiosunun «Evrascon» ASC-in maliyyə hesabatına rəyin verilməməsi səbəbləri barədə sorğusuna cavab olaraq deyib ki, o, müştərilərinə dair məlumatları digər tərəfə açıqlamır.

Səhmdar: «Pulumu verin»

Səhmdar V. Rəcəbov isə deyir ki, o, digər kiçik səhm sahibləri ilə birlikdə «yoxa çıxmış» milyonların hesabını SC-nin rəhbərliyindən sormaq niyyətindədir: «O mənfəətin azı 300-400 min manatı mənə çatır. Əgər mənfəət istifadə olunubsa, bunu sübut etməli olacaqlar. Əks halda mən pulumu tələb edirəm».(azadlıq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar