Bakıda iki sərnişin avtobusu toqquşub (FOTOLAR)

Bu gün səhər saat 10:46 radələrində Nizami rayonu ərazisində baş verən ağır yol qəzası zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2 nəfərə yerində ilkin yardım göstərilib. Digər 3 yaralı, 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Cəfərr Balabəyov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, sürücülər ötmə əməliyyatını düzgün yerinə yetirməyiblər. Hadisənin dəqiq səbəbləri araşdırılır.

11.48

Bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində iki sərnişin avtobusu dəhşətli qəza törədib.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Neftçilər” metrostansiyasının yaxınlığında “DAEWOO” markalı, 90 HS 698 dövlət nömrə nişanlı 50 saylı sərnişin avtobusu ilə “İsuzu” markalı, 90 MD dövlət nömrə nişanlı, 35 saylı sərnişin avtobusları toqquşub.

Hadisə nəticəsində xeyli sayda xəsarət alan var. Hadisə yerinə xilasedicilər, polis və təcili yardım həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar