GÜLƏN, ASLANOVA İLƏ RƏHİMOVU NECƏ EVLƏNDİRDİ? - İş adamı şantaj olunub?

İpi xarici qüvvələrin əlində olan Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə həyata keçirməyə çalışdığı hərbi çevriliş cəhdi bu təşkilata bağlı insanların nə qədər böyük bir xəyanət içində olduğunu ortaya qoydu. Arxasında Qərbdə, xüsusilə də ABŞ-da söz sahibi olan bəzi dairələrin – iri maliyyə, hərbi və siyasi çevrələri, o cümlədən yəhudi lobbisini özündə birləşdirən BEYNƏLXALQ GÜC MƏRKƏZLƏRİNDƏN birinin dayandığı FETÖ şəbəkəsinin İslam dünyasını nəzarətdə saxlamaq, soyğuncu siyasəti davam etdirmək üçün düşünülən bir "proje" olduğu şübhə doğurmur. Bu, əlbəttə, başqa yazının mövzusudur.

FETÖ-nun Türkiyədən sonra ən çox təşkilatlandığı ölkələrdən birinin, hətta bəzi iddialara görə birincisinin Azərbaycan olduğu da sirr deyil. Bu haqda çox yazılıb, təkrarlamaq istəmirik. FETÖ Azərbaycanda daha çox güc əldə etmək üçün bütün vasitələrdən istifadə edib. Hətta siyasi nikahları belə planlaşdırıb. Bunlardan biri haqda aznews.az saytının bu mövzuda hazırladığı yazıda məlumat verilib. Yazının həmin hissəsini təqdim edirik:

"elnur_aslanov_111013Gülənin Azərbaycana ilk göndərdiyi missionerlərinə tövsiyəsi 25 il ərzində "qızıl nəsil” yaratmaq, bu nəslin inkişafını təmin etmək və strateji əhəmiyyətli dövlət qurumlarına yerləşdirmək idi. Buna görə ard-arda təhsil ocaqları açılır, orta ümumtəhsil məktəblərindən test imtahanları vasitəsilə işiqlı şagirdlər seçilərək yüksək ödəniş müqabilində liseylərdə təhsilə cəlb edilirdilər. Gülən BDU-nun İlahiyyat fakültəsinə xüsusi diqqət göstərirdi. Sonradan FETÖ-nun Azərbaycan "imamı” olan Elnur Aslanovun burada təhsil alması təsadüfi deyildi. Gülənçi müəllimlər şagirdlər vasitəsilə valideynlərlə də tanış olur, evlərinə qonaq gedir, tədricən əhatə dairələrini genişləndiridilər. Bir çox hallarda valideynlər övladlarından daha öncə Gülənin sadiq əsgərinə çevrilirdilər.

E. Aslanova böyük ümidlər bəsləyən Gülənin onun vəzifə pillələrində sürətli yüksəlişini təmin etmək üçün bütün qüvvəsini səfərbər etdiyi sirr deyil. E.Aslanov yüksək postlu məmurlara çıxış tapmaq üçün tez-tez onların Ənvər Özərənlə görüşlərini təşkil edir, onların kitablarını türk dilinə tərcümə etdirərək, Türkiyədə nəşr etdirirdi. Beləliklə, E.Aslanov ona tapşırılan missiyanın öhdəsindən uğurla gələrək qısa zamanda rəsmi şəxslərlə Gülən şəbəkəsi arasında möhkəm əlaqə yaratdı.

Gülənin ətrafında olan insanların anlatdıqlarına görə, o, hər zaman nikah diplomatiyasına xüsusi əhəmiyyət verir, öz fəaliyyəti ilə seçilən "Hizmət” üzvlərinin gələcək həyat yoldaşlarını özü müəyyənləşdirirmiş. Bu evliliklər isə öz növbəsində Gülən şəbəkəsinin daha da genişlənməsinə, hakimiyyətin ən dərin qatlarına sirayət etməsinə imkan yaradırdı. Məhz Gülənin tövsiyəsi ilə E.Aslanov anası Rəbiyyət Aslanovanın iş adamı, professor İlham Rəhimovla nikaha girməsini təşkil etmiş, anasının toyunda qol götürüb oynamışdı. Çox yaxşı strateq olan Gülənin həmin nikahda məqsədi İlham Rəhimov vasitəsilə rəsmi Moskva ilə körpü yaratmaq və yaxın ətrafında "Azərbaycanın gələcək dövlət başçısı” adlandırdığı E.Aslanovu Rusiya Prezidentinə təqdim etmək idi.

R.Aslanova İ.Rəhimovu kurasiya etməli, İ.Rəhimov isə öz növbəsində rəsmi Moskvada E.Aslanov haqda xoş təəssürat yaradılması ilə məşğul olmalı idi. İntəhası, artıq yaşa dolmuş xanım Aslanova hörmətli professoru öz cazibəsinin əsiri edə bilmədi və professor da gülənçi olmadı. Lakin yaşından xeyli gənc görünən və geniş maddi imkanlara sahib İ.Rəhimovu R.Aslanova ilə nikah masasına oturmağa vadar edən səbəb, hələ də öz mübhəmliyini qoruyur. Gülən, adətən, bu kimi məsələlərdə çətinliklərlə üzləşəndə şantaja əl atır. Heç kimə sirr deyil ki, Türkiyədə CHP lideri Dəniz Baykalın intim görüntülərinin gizli kamera vasitəsilə qeyd olunması və sonradan mediaya sızdırılması Gülənin "əl işidir”.

Eyni zamanda seçki ərəfəsi Millətçi Hərəkat Partiyasının idarə heyətinin üzvlərinin əksəriyyətinin intim videolarının mətbuata sızması da məhz "Hocaəfəndinin” işinə yaramışdı".

Yazıda açıq şəkildə deyilməsə də, İ.Rəhimovun R.Aslanova ilə nikaha girməyə məcbur edildiyi iddia olunur. Bunun nə dərəcədə doğru olduğunu, əlbəttə, Rəhimovun özü söyləyə bilər...

Ancaq bu nikahın siyasi izdivac olduğunu və "gülənçilərin" maraqları daxilində bağlandığı haqda hələ 2 il əvvəl "AzPolitika.info"da gedən geniş yazıda bəhs edilmişdi. Yazıdan iki abzası təqdim edirik:

Rəbiyyət Aslanova Rəhimovun vasitəsilə oğluna Moskvanın dəstəyini əldə etmək istəyib!

1reMəlumata görə, məhz bu evlilikdən sonra İlham Rəhimov və Rəbiyyət Aslanova ətrafında qurulan əməliyyat tədbirləri böyük bir ŞƏBƏKƏNİN aşkarlanmasına, onların yaxın və uzaq dövr üçün hədəflərinin müəyyən edilməsinə səbəb olub. Söhbət Elnur Aslanovun başcılıq etdiyi “Hizmət” hərəkatının Azərbaycandakı şəbəkəsindən gedir.

Hansı ki, Rəbiyyət Aslanova da məhz oğlu Elnur Aslanovun gələcək siyasi karyerası üçün bütün qınaqları göz önünə alaraq, İlham Rəhimovla nikaha girməyə razılaşıb. Daha dəqiqi, Elnur Aslanovun planlaşdırılan siyasi sıçrayışının qarşısında əsas maneə kimi görünən Moskva faktorunu neytrallaşdırmaq məqsədilə, Rusiya siyasi elitası ilə yaxınlığı olan cənab Rəhimovla evlənib. Obrazlı desək, İlham Rəhimovu oğlu üçün Kremlin qapılarını açan bir açar kimi əldə etmək istəyirdi…

Təbii ki, İlham Rəhimov bütün bunlardan xəbərsiz olub. Baxmayaraq ki, heç kim bu evliliyin səmimiliyinə inanmırdı, ancaq özündən razı insan olan Rəhimov, Aslanovanın əsl niyyətini görməkdə acız idi. Hətta bəzi iddialara görə, hansı oyunun iştirakçısına çevrildiyindən xəbərsiz olan İlham Rəhimov, sadəlövhcəsinə Rəbiyyət Aslanova ilə evliliyin sayəsində hakim siyasi elitaya daxil olacağı haqda gözləntilərə qapılıbmış. Ancaq atalar yaxşı deyib ki, sən saydığını say, gör Rəbiyyət xanım nə sayır…

Deputat xanım Putinlə ailəvi görüş arzusunda olub!

3yMənbə bildirir ki, oğlunun siyasi karyerası üçün İlham Rəhimovla evlənən Rəbiyyət Aslanova, nikahdan sonra bu istiqamətdə fəaliyyətə başlayıb. Birinci işi Rəhimovun maddi imkanlarından müəyyən məqsədlər üçün istifadə olub. Bununla bağlı mənbə konkret bilgilər verməsə də, İlham Rəhimovun Elnur Aslanovun xahişi ilə bəzi hesablara pul köçürdüyünü də istisna etmədi. Ancaq onu da əlavə edir ki, İlham Rəhimov pul məsələsində “möhkəm” olduğundan, ondan istədiklərini ala bildikləri şübhə doğurur.

İkinci və ən əsas istiqamət isə İlham Rəhimovun Rusiyadakı imkanlarından yararlanmaq olub. Belə ki, evləndikdən az sonra xanım Aslanova İlham Rəhimovdan israrla xahiş edir ki, onu və oğlunu Putinlə tanış etsin. Bizə verilən məlumata görə, ümumi tədbirlərin birində cənab Rəhimov yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün “ailəvi bir görüş” arzusunda idi. Lakin evli olduqları qısa müdətdə – 6 ayda Rəhimov Rəbiyyət xanımın bu istəyini reallaşdıra bilməyib, ya da istəməyib...

Yazının tam mətni ilə buradan tanış ola bilərsiniz: “NİKAHDAN DƏRHAL SONRA PUTİNLƏ TANIŞLIQ İSTƏDİ…” – “Paralel dövlət” necə ifşa olundu? – Bir “siyasi nikahın” astar üzü

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar