Əli Həsənov narkobiznes təhlükəsi barədə xəbərdarlıq edib

“Bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz”

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyil”.

APA-nın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində öz əksini tapıb.

Ə. Həsənov bildirib ki, problemin narahatlıq doğuran məqamlarından biri narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmə və qadınların cəlb edilməsidir: “Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin ictimai bəsirətini itirəcəyi təqdirdə bizim də belə amansız təhlükə ilə üzləşməyəcəyimizə heç kim zəmanət verə bilməz. Bu təhlükələrlə üzləşməməyimiz üçün isə cəmiyyətimiz bilməlidir ki, narkomaniya qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də hər bir bəşər övladının ən müqəddəs borcu bu bəla ilə mübarizə aparmaq olmalıdır. Çünki yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmək yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar