"Azı 10 dəfə Ermənistana getmişəm"- Rauf Mirqədirov hüquq müdafiəçisilə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, R. Mirqədirov saxlanma şəraiti normaldır: “Rauf Mirqədirov saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayət etmədi. Bildirdi ki, ona jurnalist kimi hörmət edirlər. Müstəntiq tərəfindən hər hansı təzyiq olmayıb. İstədiyi vəkillə təmin edilib. Saxlanılan zaman vəziyyəti pisləşib. Dərman veriblər sakitləşib. Lakin ittiham üzrə özünü təqsirli bilmir. İstintaqa da ifadə verməyib. Rauf Mirqədirov Ermənistana bir neçə dəfə səfər etdiyini bildirdi. Həmçinin Gürcüstanda ermənilərlə birlikdə tədbirlərdə iştirak edib. Ermənistana nə üçün getdiyini soruşdum. Bildirdi ki, Cənubi Qafqazla, geosiyasi məsələlərlə bağlı təşkil olunan tədbirlərdə iştirak edib”.

Elçin Behbudov ANS PRESS-ə açıqlamasında Rauf Mirqədirovun hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını bildirib. O, deyib ki, Rauf Mirqədirovun saxlanma şəaraiti və ona qarşı rəftar qaydalarından şikayəti etməyib: “Bildirdi ki, jurnalist kimi burada ona qarşı normal münasibət göstərirlər. Yəni ona qarşı heç bir təzyiq olmayıb. Onun barəsində artıq 3 ay həbs qəti imkan tədbiri seçilib. Mən ondan soruşdum ki, 274-cü maddə ilə özünü günahkar bilirsənmi? O dedi ki, mən özümü bu maddə ilə günahkar bilmirəm. O Ermənistana getdiyini dedi. Dedi ki, bəli getmişəm.Yalan olmasın bəlkə bir 10 dəfə, bəlkə çox. Dedi ki burada nə var?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar