Nazir korrupsiya xəbərdarlığına da münasibət bildirdi

“Gənclər və idman nazirliyində elə də böyük nöqsanlar aşkar olunmayıb”. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Hesablama Palatası bütün Nazirliklərdə yoxlamalar aparır. Palata hazırladığı sənədi Milli Məclisə təqdim edir:

“Bu hesabatda qeyd olunan məsələlərdə böyük nöqsanlar olmayıb. Aşkar olunan nöqsanlar isə həll olunub. Bütün komplekslərimiz fəaliyyətdədir. İnşa edən şirkətlərdə nöqsanlar yaranır. Biz də bu məsələyə nəzarət etmək üçün tikinti şirkətinin təxminən 5 %-lik bir vəsaitini saxlayırıq. 5-6 ay gözləyirik ki, sonradan problemlər yaranarsa həll etmək üçün bizim imkanımız olsun”.

Qeyd edək ki, ötən gün mətbuatda Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilmişdi. Bu gün isə Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrə münasibət bildirib: "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib. Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb" (ans press).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar