Sumqayıtda "ağac qətliamı" davam edir – VİDEO

strong>Sumqayıtda ağacların kəsilməsi ilə bağlı musavat.com-a yeni məlumat daxil olub. Məlumatda bildirilir ki, ölkə prezidentinin son tapşırıqlarına baxmayaraq, Sumqayıtda qanunsuz olaraq, ağaclarən kəsilməsi hələ də davam edir.

Belə ki, bu anlarda Sumqayıt İcra Hakimiyyətinin nümayəndələri şəhərin 10-cu mikrorayon ərazisində bir neçə binanın həyətində əkilmiş ağacların qanunsuz olaraq, kökündən çıxarılması əmrini veriblər.

Buna etiraz edən sakinlər isə polisin sərt müdaxiləsi ilə üzləşiblər. Hadisənin şahidlərinin verdiyi məlumata görə, polislər qadınlara qarşı belə, zor tətbiq edərək, onları hadisə yerindən uzaqlaşdırıblar.

Son məlumata görə, hazırda ərazidə post-patrol xidmətinin əməkdaşları növbə çəkirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə keçirdiyi müşavirədə bildirmişdi ki, ağacların kəsilməsi “vicdansızlıq, biabırçılıq və cinayətdir”.

Bununla bağlı məmurlara xüsusi tapşırıq da verən ölkə başçısı, ağacların kəsilməsinə qarşı ciddi tədbirlər görülməsinin, bu işlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışdı.

Ancaq belə anlaşılır ki, deyəsən, Prezidentin verdiyi bu tapşırıqlara hələ də məhəl qoyulmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar