Oqtay Gülalıyevin evinə polis basqını

Polislər onun üç gün əvvəl bıçaqlanmış oğlundan zorla ifadə almaq istəyir

Bu gün Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Oqtay Gülalıyevin evinə polis basqını olub. Bu barədə “musavat.com”a seçki qərargahından bildirilib.

Verilən məlumata görə, iyirmiyə yaxın polis əməkdaşı evə zorla girərək O.Gülalıyevin bir neçə gün əvvəl bıçaqlanmış oğlu Əli Gülalıyevdən ifadə almaq istəyirlər.

Qeyd edək ki, Ə.Gülalıyev sentyabrın 23-də döyülüb və bıçaqlanıb. Gənc dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. A.Gülalıyevin səhhəti orta ağır olaraq qiymətləndirilir.

Xətai rayon 37-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar