"DEDİLƏR ƏLİ NAĞIYEVİN ÜZÜNƏ DUR, BİR MİLYON SƏNİN OLSUN..." - Pərviz Həşimlidən sensasiyalı açıqlamalar

"Əgər bu addımı atsaydım, Əli Nağıyev həbs olunacaqdı"

Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi keçirilib. Proses Pərviz Həşimlinin açıqlamaları ilə yadda qalıb.

Meydan TV-nin məhkəmədə iştirak edən əməkdaşının məlumatına görə, jurnalist çıxışında bildirib ki, onu həbs edən gün MTN-nin sabiq birinci müavini Əli Nağıyevin əleyhinə ifadə verməsi üçün 1 milyon manat təklif olunub:

“Mənə dedilər ki, Əli Nağıyevin “üzünə dur”, onun evində axtarış aparacaqlar və tapacaqları 1 milyon manatı mənə verəcəklər. Ondan sonra azad olunacaqsan. Əgər bu addımı atsaydım, Əli Nağıyev həbs olunacaqdı. Daha sonra “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun əleyhinə ifadə alınması ilə bağlı təzyiqlərə məruz qaldım. Eyni zamanda, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə İdarəsinin rəisi də mən həbs olunan gün saxlanılmalıydı. Cavab verdim ki, əgər mən dediklərinizə boyun əysəm, Təvəkkül Qurbanov kimi şərəfsiz olmalıyam”.

Jurnalist deyib ki, onun qarşısında bu tələbləri MTN-nin Antiterror İdarəsinin rəhbəri Elçin Quliyev qoyub.

Pərviz Həşimli bildirib ki, Təvəkkül Qurbanov həbs edilən zaman ona yaxın 1-2 ayda azad olunacaqlarını söyləyiblər.

Məhkəmədə Pərviz Həşimli ilə Təvəkkül Qurbanov arasında mübahisə yaranıb, tərəflər bir-birini qarşılıqlı şəkildə təhqir ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar