Polad Bülbüloğlu erməni saytına müsahibə verib

Aydın Mirzəzadə bundan narahat olub

"Hə iki tərəfdə düşmən obrazının yaradılması təhlükəli minadır. Onun partlaması gələcək nəsillərə də ziyan verəcək". Bunu anspress-in məlumatına görə,  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanın "News.am" saytına müsahibəsində deyib. Səfir, 13-16 sentyabr tarixlərində MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının Minskdə keçirilən 8-ci forumu çərçivəsində baş tutan müsahibədə bildirib ki, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri təmas xəttində axtarışlara davam etməlidirlər.

Səfir təəssüflə bildirib ki, Azərbaycan və Ermənistan ziyalılarının tərəflər arasında etibarlılıq atmosferinin yaradılması üçün cəlb edilməsi istiqamətində atılan təşəbbüsün davamı nədənsə alınmır: "Amma biz bu təşəbbüsləri davam etdirməyə hazırıq və Azərbaycan tərəfi də bunda maraqlıdır. Biz dəfələrlə Rusiyanın bu sülh formatını və Minsk Qrupunun həmsədrlərini dəstəklədiyimizi də bəyan etmişik. Amma onlara sual vermək lazımdır ki, bu münaqşişənin həllinə kim yardım edəcək".

O, qeyd edib ki, hərçənd ölkələrimiz və xalqlarımız arasında bir çox problemlər yığılıb qalıb. Amma bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb: "Bu gün dünyaya baxmaq lazımdır. Biz anlamalıyıq ki, bizdən başqa münaqişənin həllinə kömək edən tapılmayacaq. Buna görə biz yaşımızın bu çağında ağıla hərəkət etməli və danışıqlara başlamaq üçün təmas nöqtələrini axtarmaq lazımdır. bir daha bildirirəm ki, bununn üçün lazım olan imkanlar hələ də bitməyib. Amma təəssüf ki, vaxt bizə qarşı işləyir".

Səfir bildirib ki, dialoqu qaydaya salmaq üçün hər iki tərəfin ziyalıların potensialından istifadə etmək lazımdır.

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun erməni mətbuatına müsahibə verməsinə reaksiya verib. Milət vəkili facebook hesabında paylaşdığı rəyində səfirin bəzi fikirlərindən narahat olduğunu bildirib:

“Elə indi saytlarda oxudum ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbülöglu Ermənistanın news.am saytına müsahibə verib və müsahibəsində Dağlqı Qarabağ məsələsinə də toxunub.

Müsahibədəki müəyyən məsələlər sual doğurduğuna görə adı çəkilən Ermənistan saytında daxil oldum və müsahibənin orada dərc edilmiş variantı ilə tanış oldum.

Cənab P.Bülbüloğlu erməni saytına müsahibəsində deyir : “...Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq”.

Səfirimizin müsahibəsindəki bu fikrindən çox narahat oldum və məsələ ilə bağlı bir neçə sualım var .

Birinci, doğrudanmı, cənab səfirimiz belə müsahibə verib və Ermənistan saytında verilən fikirlər doğrudanmı ona məxsusdur və fikirləri təhrif edilməyib ki ?

İkinci, nəyə görə Azərbaycan səfiri Ermənistan saytına müsahibəsində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini səsləndirməyib və qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımadığına etirqaz etməyib ?

Üçüncü və ən vacibi, niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır? Mətbuatımız torpaqlarımızı işğal edən qonşu dövlətə dostmu deməlidir, onun cəbhə xəttindəki provokasiyalarından susmalıdırmı, yoxsa Ermənistana dost və qardaş hisslərimi aşımalıdır ? Niyə görə cənab səfir Azərbaycan gənclərinin torpaqlarımızı işğal edən Ermənistanın düşmən kmi tanımasını " partlayıcı mina" adlandırır və Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoyur ?

Hesab edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana və ölkəmizə qarşı düşmən hərəkətlərini dayandırmayan qədər hər şey öz adı ilə adlandırılmalıdır və bu məsələdə Azərbaycan ziyalıları cəmiyyətə nümunə olmalıdırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar