Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunda yerləşən Qarabağ Regional İdarəsində Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 47 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb.

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə nazir tərəfindən tapşırıq verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 120, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

/APA/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar