İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdən müraciət

Milli Qəhrəman saydığım Cəmil Poladxanoğlu Həsənli "Millətimizin azadlığı üçün canımdan keçməyə hazıram!" deyirsə, Almaniyada yaşayan Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunisoğlu Qəmbər də Cəmil Bəyə qoşularaq Azərbaycanlıların azadlığı üçün canından keçməyə hazır olduğun bəyan edirsə, daha kimlər vətəndaşlarımızın Azadlığı üçün canından keçməyə hazır olduğunu bəyan edir.

Bu fikirlər Dünya Azərbaycanlıları Məclisi - DAM Sədri Rövşən Qəmbərin müraciətində yer alıb. Müraciətdə daha sonra deyilir: "Əziz, Ədalətli və Ləyaqətli Dostlarım!!! Milli Qəhrəman saydığım ziyalı Vətəndaşımız, ləyaqətli Şəxsiyyət, Professor Cəmil Poladxanoğlu Həsənli Azərbaycanlıların azadlığı üçün canından keçməyə hazırdırsa, mən, Almaniyada yaşayan Rövşən Yunisoğlu Qəmbər də Azərbaycanlıların azadlığı üçün canımdan keçməyə hazıram!!! Dostlarımdan daha kimlər 50 milyoinluq vətəndaşlarımızın Azadlığı üçün canından keçməyə hazırdırsa, lütvən, bildirsin!!! Və Cəmil Bəyin bu mövqeyini fədakarlıqla müdafiə edənlər də fikirlərini bildirsələr, işbirliyinə qoşulsalar, Rəsulzadənin adına layiq olanların Onbaşıları, Yüzbaşıları və Minbaşılarının fəal təşkilatçılığıyla tezliklə Azərbaycanda Xalq Hərəkatı və Xalq Məclisləri yarana bilər!!! İndi Əsas Məsələ Xalqımızın Fəxri Olan Cəmil Həsənli xalqımız və könüllü Vətəndaşlarımız tərəfindən qorunmalıdır!!! Professor Cəmil Həsənlinin Beyninin fəaliyyətinə, yaşayıb yaratmasına hər birimiz əlimizdən gələn yardımları etməliyik!!! Xalqımız və hər bir ləyaqətli Vətəndaşımız Cəmil Bəyin fəaliyyətini 9 Oktyabra qədər maksimal dəstəkləsə, Xalqımız Dünyanın Xoşbəxtliyi təmin etmiş Ölkələrin sirasına daxil olacaqdır!!! Rəsulzadənin Ədalətli və Ləyaqətli yoluyla Cəmil Bəyin rəhbərliyində getməliyik ki, Azərbaycanda Hüquqi Dövlətimizin qurulması üçün Ədalətli Parlamentimizin Ləyaqətli Millət Vəkillərini də ən yaxın zamanda saxtakarlıq olmadan seçə bilək!!! Ədalətli Prezidentimiz Cəmil Həsənlinin fəaliyyəti dövründə Qarşıdakı 2 ildə Hüquqi Dövlətimiz 20 ildə Vətəndaşlarımız üçün edilən xidmətdən daha çox xidmət edəcəyinə mən inanıram, Siz də inanın!!! Qarşıdakı 12 Gün ərzində ən ağıllı ideyaları onbaşı, yüzbaşı və minbaşı vəzifəsini icra edə bilən Şəxsiyyətlərə bildirin ki, Dünya Xalqlarına isbat edək ki, 1918-də Azərbaycanda Legitim Xalq Cumhuriyyəti təsadüfən qurulmayıb!!! Əgər 95 ildə Hüquqi Dövlətimizi qura bilməmişiksə, buna səbəb Sovet İmperiyasının tərkibində olan Azərbaycanı da KQB generallarının çox gizli və qanunsuz üsullarla əsarətdə saxlaması olubdur. Artıq Dünya dəyişib, təkcə Feysbuk sistemində o qədər demokratiyanın inkişafına səbəb olan resurslar var və 1992-ci ildəki Təhsil Qanununa görə rüşvət vermədən ləyaqətlə tələbə olmuş milyondan çox gənc Vətəndaşımız Əbülfəz Elçibəy- İsa Qəmbər hökumətinə rəğbət bəsləyən milyonlarla Vətəndaşımızın Cəmil Həsənliyə səs verəcəyinin ehtimalı lap çoxdur!!! 12 Gün imkanlarımızdan maksimal istifadə etsək, Rəsulzadənin adına Layiq Hüquqi Dövlətimizi 9 Oktyabrda qurulmasına gələcək nəsillər 28 May Bayramı qədər sevinəcəklər və bu Uğurla Rəsulzadəyə Ən Böyük Abidəni qurmuş sayılacaqlar!!!

Rövşən Yunisoğlu Qəmbər Dünya Azərbaycanlıları Məclisi - DAM Sədri 27 Sentyabr, Almaniya

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar