DOLLAR KƏSKİN BAHALAŞA BİLƏR - Hökumətin bir hərraclıq dolları qalıb?

65 milyon dollar ancaq bir hərraca kifayət edə bilər

E1-subasta

Dövlət Neft Fondu (DNF) bu ilin yanvar-noyabr aylarında valyuta hərraclarına  ümumilikdə 4 milyard 635 milyon ABŞ dolları çıxarıb. Fins.az xəbər verir ki, Mərkəzi Bankın və Neft Fondunun yarıbayarı olaraq hərraclara dollar çıxartdığını nəzərə alsaq, dekabr ayında ümumilikdə “dollar kisəsini” kimin daha çox açacağı sual altındadır.

Bankların dollar ehtiyacı necə ödəcək?

Dövlət Neft Fondun İcraçı direktoru Şahmar Mövsümovun açıqlamalarına görə, 2016-cı ildə Fonddan büdcəyə transfertin ümumi həcmi 4,7 milyard dollar olacaq. “Belə çıxır ki, dekabrda Fond valyuta hərracına cəmi 65 milyon dollar çıxara biləcək”, deyə ekspertlər fikirlər səsləndirirlər. Bu isə ancaq bir hərraca kifayət edə bilər. Üstəlik, Mərkəzi Bankın valyuta ehtiyatları da psixoloji hədd minimumundadır. Buna görə də bankların valyutaya olan ehtiyacının necə ödənəcəyi sualı aktuallaşıb. Bəs, Fond dekabr ayında valyuta hərracına nə qədər pul çıxarmağı planlaşdırır?

Dəqiq rəqəm yoxdur

Bununla bağlı Fonddan dəqiq bir rəqəm açıqlanmır. Səbəb isə həm sadə, həm də qəribədir. Fins.az-ın fonddan aldığı məlumata görə, manatla ödənişlər Fondun büdcəsinin kifayət qədər böyük hissəsini təşkil edir. Fond, böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda büdcə qarşısında olan öhdəliklərini vaxtında icra etmək məqsədilə Mərkəzi Bank ilə birlikdə valyuta bazarında valyuta satışını bərabər hissələrlə həyata keçirir.

Bu ilin 11 ayı üzrə Fondun hərraca çıxartdığı dolların aylar üzrə proporsiyası isə belədir:

2016 Milyon ABŞ dolları
Yanvar        593,8
Fevral        177,5
Mart        482,3
Aprel        303,4
May        431,2
İyun        449,9
İyul        449,2
Avqust        444,4
Sentyabr        631,1
Oktyabr        371,0 
Noyabr 301,5
Cəmi     4 635,3

 

“Fondun öz öhdəliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər manat ehtiyatına sahib olması da şərtdir” deyə açıqlama bildirən Fond qeyd edir ki, büdcəsində icrası manatla öhdəlikləri olduğu üçün hərraclar vasitəsilə valyuta satışı dekabr ayında da davam etdiriləcək.

Dollar çıxaracaqsa bu, hansı həddə ola bilər? 

DNF-nun mövqeyi belədir: “2016-cı il üzrə büdcədə nəzərdə tutulan dövlət büdcəsinə transfert və manatla olan digər ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitdən əlavə dolların satışı nəzərdə tutulmur”.

Lakin bu o demək deyil ki, Fond valyuta hərracına ekspertlərin dediyi kimi, 65 milyon dollar çıxaracaq. Bu məbləğ daha böyük ola bilər. Səbəbini isə Fonddan belə izah etdilər ki, Fondun manata olan ehtiyacı yalnız büdcəyə transfertlə bağlı deyil. Fond həmçinin bir neçə neft-qaz layihəsinə, qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, eləcə də fondun işçilərinin əmək haqqlarınını ödənişlərini həyata keçirmək üçün manata ehtiyacı var: “Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”.

Bu ehtiyac üzrə real rəqəmlər isə səsləndirilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar