Ramil Səfərovun öldürdüyü erməniyə abidə qoydular -FOTO

 

Ramil Səfərovun Macarıstanda öldürdüyü erməni Qurgen Marqaryana Ermənistanda abidə qoyulub. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb. Abidənin erməninin döğum günündə İrəvanda açılışı olub.

Açılışda bir sıra Ermənistan rəsmiləri iştirak ediblər.

Xatırladaq ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində Budapeşt şəhərində təlimdə olarkən Ramil Səfərov erməni zabitin bayrağımızı təhqit etməsinə dözməyərək onu öldürmüşdü. 8 il Budapeştdə həbsdə qaldıqdan sonra 2012-ci ilin avqustunda Azərbaycana eksrtadisiya olunan Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanıb. Prezident İlham Əliyev tərəfindən qəbul edilən zabitin rütbəsi yüksəldilib və ona Bakı şəhərində ev verilib.

Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyasından sonra rəsmi İrəvanla Budapeşt arasında diplomatik əlaqələr pozulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar