"ELƏ BİL O, HEÇ YOXDUR…" - Tofiq Zülfüqarovdan növbəti sərt ittiham

tofiqelmar

“Azərbaycan tərəfi danışıqlar üzrə mövqeyini açıqlayıb və bu, Ermənistan tərəfə bəllidir. Ancaq eyni zamanda hərbi-siyasi mövqeyə aid Azərbaycanın açıqlamasında elə bil ki, bir boşluq var. Azərbaycanın hərbi-siyasi mövqeyini dəqiqləşdirməsi çox vacibdir”.

Bunu “Yeni Müsavat”a müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, həmişə belə bir imkan var ki, kimsə daha radikal mövqedən çıxış etsin və tələb etsin ki, biz qısa müddətdə əraziləri boşaltmalıyıq: "Biz hamımız bunu istəyirik, amma realist olmalıyıq. Təəssüflər olsun ki, bu proses uzanır və bəzən belə radikal mövqedə olan adamlar düşünməlidirlər ki, onların çağırışlarının birbaşa bizim əsgərlərimizin həyatı ilə bağlılığı var. Yəni kənarda durub kimisə harasa çağırmaq asandır. Amma biz həmişə fikirləşməliyik ki, el arasında deyildiyi kimi, “Nə şiş yansın, nə kabab”.

Elə etməliyik ki, istədiyimiz hədəflərə ən az itkilərlə nail olaq."

T. Zülfüqarov qeyd edib ki, bizim hərbi-siyasi direktivimizin olması çox vacibdir: “Bizə qarşı işləyən təbliğat iddia edir ki, guya biz gedib Qarabağdakı erməniləri qırıb-çatmaq istəyirik. O təbliğatın qarşısını almaq üçün bu hadisələrdən qabaq, yaxud təhlükə yetişən zaman ortaya qoymalıyıq ki, bizim məqsədimiz nədən ibarətdir”.

Bu istiqamətdə Azərbaycan XİN-nin görməli olduğu işlərə gəldikdə o deyib ki, Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır: “Demək olar ki, bu prosesdə onun səsi eşidilmir. Təəssüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbuledilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur…”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar