POLİSİN MÜDHİŞ “QIZ ƏMƏLİYYATI” – 2 min rüşvət + Nazirə müraciət

Dərc olunub: 13/04/2017 - 21:45

POLIS QIZŞirvan şəhərində sahibkarlıqla məşğul olan Həşimov İsmayıl Əli oğlu Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə BakiPost.az-a İ. Həşimov özü məlumat verib. Sahibkar bir müddət əvvəl Rusiyadan Azərbaycana gəldiyini və Şirvanda icarəyə yer götürüb, restoran işlətdiyini bildirir. Onun sözlərinə görə, Şirvan polisi uğurlu sahibkarlıq fəaliyyətinə görə, ondan pul almaq istəyir: “Mən orada sahibkarlıq fəaliyyəti ilə məşğulam. 35 ailənin dolanışığı üçün iş yeri açmışam. Amma Şirvan şəhər Polis İdarəsi min bir bəhanə ilə mənə “ilişib” pul almaq istəyir.

Belə ki, dostum Xalid məndən şəhərdən gələn qonaqlar üçün kirayə tutduğum evin açarını istədi. Mən də niyə istədiyini soruşmadım və verdim. Dostum da həmin evə bir qızla gedib. O qız da polislə əlbirdir. Polis Şirvanda neçə nəfəri o qızın əliylə “ilişdirib”.

İndi də Xalidi polisə işləyən qızla tora salıblar ki, üzümə dayansın və məndən pul qoparsınlar. Onu polis şöbəsinə aparıblar və izahat alıblar. Məcbur ediblər ki, izahatında mənim ondan evin qarşılığında 20 manat pul aldığımı yazsın. Yəni, Xalidi tutmaqla mənim boynuma belə bir iş qoymaq üçün zəmin yaradıblar. Çünki onlar rayonda bir az pul qazanan bütün adamlardan hansısa yolla pul almaq istəyirlər”.

ISMAYIL HESIMOVİsmayıl Həşimov

İ.Həşimovun sözlərinə görə, əməliyyatçılar dostuyla yanındakı xanımı şöbəyə aparandan sonra əməliyyatçı Tural Mustafayev ona zəng edib: “Hədə-qorxu gələrək məndən şöbəyə getməyimi istədi. Mən polis şöbəsinə nə üçün çağırıldığımı soruşanda dedi ki, elə eləmə gəlib səni hörmətsizcəsinə sürüyüb gətirim bura.

Məni polisə aparmaq üçün əməliyyat üzrə müavinin sürücüsü AnarFərid adlı əməliyyatçı gəldilər ki, Tural müəllim səni çağırır. Fərid mənə dedi ki, bizimlə getməsən sənin üçün yaxşı olmayacaq”.

Sahibkar bildirir ki, polisin onu gəlib aparmaq istəməsi restoranın nəzarət kamerasına düşüb: “Mən elə bunların yanında 102 xidmətinə zəng vurub, bu barədə məlumat verdim. Tural polis şöbəsində dostuma və dayısına deyib ki, get İsmayıldan 2 000 manat al gətir, rəis istəyir.

Həmin saxladıqları dostumu buraxdılar . 2 gün möhlət veriblər ki, get pul gətir. İndi 2000 manatdan 1000 manata düşüblər”.

İsmayıl Həşimov bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb: “Cənab nazir, əgər Şirvanda polislərin mənə qarşı şər-böhtanı durmayacaqsa, mən çıxıb Rusiyaya gedəcəyəm və 35 nəfər insan Tural kimi polisin ucbatından çörəksiz qalacaq. Amma mən sizə güvənərək fəaliyyətimi davam etdirmək istəyirəm. Sizdən bir sahibkar kimi son dərəcə xahiş edirəm ki, şikayətimin detalları ilə araşdırılmasına göstəriş verəsiniz. Günahkarlar cəzalarını alsınlar ki, mənim kimi sahibkarlara əngəl törətməyi ağıllarına belə gətirməsinlər”.

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən polis əməkdaşı Tural Mustafayev məsələnin tamam başqa cür olduğunu bildirib: “17 yaşlı bir xanım şöbəyə gəlib, Xalidlə bağlı şikayət edib. Qız bildirir ki, Xalid onunla parkda görüşüb və qızı məcburən evə aparıb. Orada əxlaqsız təkliflər edib. Qız da imtina edib. Orada mübahisə yarandığından qız şöbəyə gəlib, şikayət ərizəsi yazıb. Biz də gedib o oğlanı tapıb gətirmişik. Məlum olub ki, oğlanın qızı apardığı ev öz evi olmayıb. Biz də təhqiqat işinə görə evi Xalidə verən şəxsi tapmışıq. Xalid evin açarını ona verən adamın İsmayıl olduğunu deyib. İsmayıl şöbəyə çağırılıb. O da gəlməyib. Ona zəng edəndə polislə mübahisə olduğundan, ola bilsin ki, qorxub gəlmir. Təhqiqatda izah verməyib. Lakin o ifadə verməlidir. Biz heç kimin boynuna heç nə qoymamışıq. Sadəcə suallar vermişik”.

“Qız evə öz xoşuyla gedibsə, niyə ərizə yazır” sualına əməliyyatçı, “öz xoşuyla getməyib” cavabını verib. “Bəs məcbur aparılıbsa, məcburiyyət nədən ibarət olub? Bir adamı məcbur evə aparmaq üçün yəqin ki, güc tətbiq olunmalıdır. Güc tətbiq olunubsa ekspertiza rəyi varmı?” sualını isə T. Mustafayev belə cavablandırıb: “Qız bizə şikayətində belə bildirib. Deyib ki, məcbur aparıb məni. Amma evə getməyindən narazı deyil. Sadəcə evdə oğlanın ona əxlaqsız təklif etməyindən şikayətçidir. Deyir ki, Xalid mənə dedi ki, evə gedək söhbət edək, mən də razılaşdım. Düşündüm 5-10 dəqiqə söhbət edib çıxacağıq. Amma evdə başqa variantlar təklif elədi ki, belə olmalısan, bu cür etməlisən. Mən də ona görə çıxdım gəldim”. Təhqiqatçı da deyir ki, evin açarını da Xalidə verən şəxs izahat verməlidir.

Sahibkardan pul tələb olunması məsələsinə gəlincə, əməliyyatçı bunu təkzib edib: “Biz heç kimdən pul istəməmişik. Pul almaq istəsəydik, axşam alardıq. Xalidi buraxmışıqsa, demək ki, pul söhbəti də olmayıb”.

SIRVAN


loading...


Fikrinizi bildirin