Gənc fəalı həbsxanada təzyiqlərlə "Əliyevçi" etdilər- Rəzalət

AXCP-nin həbsdəki fəallarından biri Daşqın Məlikov bu gün partiyanın sədri Əli Kərimliyə müraciət göndərərək onun fəaliyyətindən narazılıq ifadə edib və YAP-a keçdiyini bildirib. O, bu müraciətinin bir nüsxəsini də Mətbuat Şurasının sədri Əflatun Amaşova göndərib.

Daşqın Məlikov həmçinin bildirib ki, o, İlham Əliyevin namizədliyini tam dəstəkləyir.

Məlumatı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsində də təsdiqləyiblər.

Mediada D.Məlikovun öz əli ilə yazdığı məktub da dərc olunub. Məlikov xahiş edir ki, bundan belə onu qəzetdə "vicdan məhbusu" adlandırıb dəstəkləməsinlər. APA-nın yaydığı bəyanatın mətnində deyilir: “Mən Məlikov Daşqın Əlisəfa oğlu. 18.02.1991-cü il təvəllüdlü. Sumqayıt şəhər 10-cu mikrorayon ev 41, mənzil 2 qeydiyyatdayam. AXCP Gənclər Təşkilatının üzvüyəm. Partiyamızın sədri Əli Kərimlidir. Bugünkü gün respublikamızda gedən inkişafı görürəm. Cənab prezident İlham Əliyevin siyasətini görürəm, dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, mənim müxalifyönlü AXCP-dən çıxarasınız. “Azadlıq” qəzetində olan fotoşəklimi ordan çıxarasınız və partiyanın, yəni AXCP-nin digər üzvlərinə bildirmək istəyirəm ki, bu mənim öz fikrimdi. Qarşıdan gələn prezident seçkilərində də Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm. İmza Məlikov Daşqın Əlisəfa oğlu. 01.10.2013”.

Onu da bildirək ki, yayılmış məktuba Daşqının atası Əlisəfa Məlikov da kiril qrafikasıyla "dərkənar" qoyub və məktubun oğluna aid olmasını, özü demişkən, "təstiq" edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı musavat.com-a bildirib ki, Daşqın Məlikovun YAP-a keçdiyi ilə bağlı xəbərin uydurma olduğunu bildirib.

Qeyd edək ki, Daşqın Məlikov bu ilin əvvəllərində gənclərin keçirdiyi aksiyalarda fəallardan biri olub. İyulun 3-də Sumqayıt Şəhər Məhkəməsi onu narkotik ittihamı üzrə 2 il yarım həbsə məhkum edib.

Həbsdə olduğu müddətdə ona təzyiq göstərilməsi barədə dəfələrlə məlumat yayılmışdı. İndi məlum olur ki, xroniki şəkildə göstərilən təzyiq artıq öz nəticəsini verib və 18 yaşlı gəncin dözüm limiti bitib. Yoxsa dünənki cəbhəçinin qoluna qandal vurulandan sonra YAP-a keçməsinin heç bir məntiqli izahı yoxdur.

Qeyd edək ki, indiki hakimiyyət tərəfindən siyai baxışlarına görə həbsə alınan insanlasrdan İlham Əliyevə dəstək məktubu almaq rejimin nə qədər çarəsiz vəziyyətdə olduğunu göstərir. Əks halda belə rəzalətə qol qoymazdı.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar