«ƏRİ KEÇMİŞ MTN POLKOVNİKİ OLAN HAKİM...» -  İş adamı xəbərdarlıq edir!

"Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir"

Bu günlərdə bir sıra saytlarda iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudovun yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciəti yayılıb.

M.Mahmudov müraciətində bildirirdi ki, vaxtilə MTN-də onun əmlakının əlindən alınması faktı üzrə açılmış cinayət işinin məhkəmə müstəvisində araşdırılması işi Ali Məhkəməyə çatıb. Lakin iyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakim Mehparə Əhmədovanın sədrliyi ilə məhkəmə prosesi keçirilməli olduğu halda, naməlum səbəbdən məhkəmə 30 iyun 2017-ci il tarixədək təxirə salınıb.

İş adamı müraciətində yazırdı: "Nərimanov Rayon Məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamı Mahmudzadə Maqsud Mahmud oğlu ilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunda bağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan 0.094248 ha torpaq sahəsinin, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi 965,9 kv.m olan əmlak kompleksinin ("Las Veqas" restoranının) alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərində Mahmudzadə Maqsud Mahmud oğlunun mülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla, prokurorluğa məlumat verilmişdi. Həmin qətnamədən İsmayılov Azad Fərhad oğlu və Quluzadə Cavid Məhəbbət oğlu apellyasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər".

Maqsud Mahmudzadə müraciətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın həyat yoldaşı keçmiş MTN-in polkovniki olub və hazırda sərəncama çıxarılıb: "Hakimin həyat yoldaşının mənim mülkümü təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlu keçmiş MTN-nin istintaq idarəsində işləyib. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub".

Zərərçəkən Maqsud Mahmudzadə daha sonra qeyd edir ki, "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış: "Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qrupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək, onun "Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak edib. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdi”.

Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəmənin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui-istifadə etdiyini xüsusi vurğulayaraq, yazıb: "Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər… Vaxt var idi, mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Ancaq belələrini "səyi” nəticəsində bügün onlardan 280-nə yaxını işsizdirlər… Artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. Mən fövqəladə heç nə istəmirəm, sadəcə şəxsi əmlakımı geri qaytarsınlar".

Müraciətinin sonunda Maqsud Mahmudazdə keçmiş MTN işçilərinin ona təkcə maddi deyil, mənəvi-psixolji baxımdan da ağır zərbə vurduqlarını iddia edərək, 30 iyunda keçiriləcək məhkəmə posesində əlindən alınmış bütün əmlakının qaytarılması haqda qərar veriləcəyinə ümidvar olduğunu bildirib.

İş adamının bu müraciətindən sonra bəzi media qurumlarına Cavid Quluzadənin adamı olan Azad İsmayılovun adından müraciət ünvanlanıb. Müraciətdən bəzi xırda detalları diqqətinizə çatdırırıq:

"Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev gözünü yumub, tamamilə qondarma bir qətnamə çıxarıb. Ən dəhşətlisi odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Saqi Məmmədov da gözünü yumaraq 02 dekabr 2016-cı il tarixdə, bizim dəlillərə tüpürərək Abbas Əliyevin qətnaməsini qüvvədə saxlayıb.”

Əvvəla, Abbas Əliyev və Saqi Məmmədov ölkədə fəaliyyət göstərən ən vicdanlı hakimlərdəndilər. Onlar faktlar əsasında qətnamələr qəbul edirlər, qərarlar çıxarırlar. Görünən odur ki, Azad İsmayılovun adından mediaya ünvanlanan bu müraciətdən heç onun özünün də xəbəri yoxdur. HAKİMƏ "TÜPÜRMƏ” JARQONUNDA YANAŞMA KEÇMİŞ "MTN çetesi”nın ÜSLUBUNA AİDDİR.

İKİNSİ SUAL: ƏGƏR AZAD İSMAYILOV KEÇMİŞ MTN İŞÇİSİ CAVİD QULUZADƏNİN ADAMI DEYİLSƏ, O ZAMAN BU FOTODA YANINDA OLAN ŞƏXS KİMDİR?

DİGƏR BİR SUAL: KEÇMİŞ MTN-nin VƏZİFƏLİ ŞƏXSİ CAVİD QULUZADƏNİN AZAD İSMAYILOVLA SUMQAYIT NOTARİUS İDARƏSİNİN QABAĞINDA NƏ İŞİ VAR?

BAŞQA BİR SUAL: AZAD İSMAYILOVUN ADINDAN MƏTBUATA KÜLLİ MİQDARDA VƏSAİT MÜQABİLİNDƏ İŞ ADAMINA QARŞI QARAYAXMA MÜRACİƏTİ CİNAYƏT DEYİLMİ?

Əslində bu və ya bu kimi sualların cavabı məlumdur. Maqsud Mahmuov İCMAL.az-a növbəti müraciətində bildirir ki, bugün Eldar Mahmudovun, Akif Çovdarovun cinayətkar "varisləri” öz əməllərindən əl çəkmək niyyətində deyillər: "Onların əsas məqsədi ölkədə iş adamlarına Cənab Prezident tərəfindən verilən ikinci nəfəsi boğmaqdır. Bu yolla onlar ölkədə olan sağlam investisiya mühitinə kölgə salmaq, beləliklə iş adamlarını ölkə rəhbərliyinə qarşı qaldırmaq istəyirlər. Lakin biz həmrəylik nümayiş etdirməli, bu kimi fırıldaqçılara qarşı mübarizə aparmalıyıq. Hesab edirəm haqq-ədalət öz yerini tapacaqdır”.

İş adamı onu da bildirib ki, həyat yoldaşı keçmiş MTN polkovniki olan hakim Mehparə Əhmədova Cavid Quluzadənin cinayətinə qurban gedə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar