Ədalət Partiyasında görüş

Bu gün Ədalət Partiyasının mərkəzi qərargahında prezidentliyə namizəd İlyas İsmayılov “Doğru Yol” partiyasının Təşkilat Komitəsinin sədri Kəramət Salayev və onun müavini Fəxrəddin Hüseynli ilə görüşüb.

Görüşdə prezidentliyə namizəd İlyas İsmayılovu dəstəkləyən “Vətən” blokunun və Azərbaycan İslam Partiyasının iştirakı ilə aparılan seçki kampaniyası barədə müzakirələr aparılıb. Gələcək əməkdaşlığın mümkünlüyü məsələləri dəyərləndirilib.

“Doğru Yol”un təmsilçiləri ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı prosesləri izlədiklərini və bununla bağlı partiyada daimi olaraq müzakirələr apardıqlarını bildiriblər. Eyni zamanda onlar təmsil etdikləri qurumun təşkilatlanma işləri ilə bağlı da məlumat veriblər və bununla bağlı da fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar